Qeydiyyat

14 Məsumdan 14 moizə

135


Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əli! Xoş olsun o simanın halına ki, günah işlətdiyi halda ağlayan zaman Allah onu görər və Allahdan qeyrisinin ondan xəbəri olmaz".

Həzrət Əmirəl-möminin (ə) moizəsi: "Necə də təəccüblüdür bu insanın halı ki, əldən getməyəcək şeyin ona çatmasına görə sevinər, (ancaq) əldə edə bilinməyən şeyə çatmayacağına görə qəmgin olar".

Həzrət Zəhranın (s.ə) moizəsi. O zaman ki, kor insan Xanımın (s.ə) evinə daxil olur, Xanım (s.ə) hicabını taxır və Peyğəmbər (s) qızından soruşur ki, axı o kordur, səni görmür? Niyə özünü örtürsən? Xanım (s.ə) cavab verir: "Əgər o məni görmürsə, mən ki, onu görə bilirəm. Həmçinin o, (qadın) iyini hiss edə bilər".

İmam Həsən Müctəbanın (ə) moizəsi: "Bilin ki, Allah sizi boş yerə xəlq etməmişdir. Öz başınıza buraxmamışdır. Ruzilərinizi aranızda bölmüşdür".

İmam Hüseynin (ə) moizəsi: "Mömin elə bir iş görməz ki, ona görə üzr istəsin. Münafiq hər gün günah edər və üzr istəyər".

İmam Səccadın (ə) moizəsi: "Zinhar, zinhar! Allah dərgahının hüzurunda və Onun qarşısında dayanan zaman olan həsrət və peşmançılıqdan"

İmam Baqirin (ə) moizəsi: "Ey, üç günlük övlad! Bir gün ki, vilayətə çatacaqsan, bir gün ki, qəbrinə daxil olacaqsan və bir gün ki, qəbrindən Pərvərdigarına tərəf xaric olacaqsan! Necə də böyük gündür, ey gözəl bədən və qiyafə sahibləri. Suyun kənarında əyləşən susuz dəvələr. Niyə bədənlərinizi abad və qəlblərinizi xarab görürəm?".

İmam Sadiqin (ə) moizəsi: "Dünyaya meyil etmək qəm və qüssəyə səbəb olar. Ondan uzaq olmaq qəlb və bədənin rahatlığına və salamatlığına bais olar".

İmam Musa Kazimin (ə) moizəsi: "Ey Hişam! Dünya Həzrət Məsih (ə) üçün göygözlü qadın simasında təcəssüm oldu. İsa (ə) ondan soruşdu: "Neçə dəfə ərə getmisən?". Dedi: "Çox". Soruşdu: "Hamısına təlaq vermisən?". Dedi: "Xeyr, hamısını qətl etmişəm". Həzrət buyurdu: "Vay olsun başqa ərlərinin halına ki, necə keçmiş ərlərindən ibrət götürmürlər?"".

İmam Rzanın (ə) moizəsi: "İbadət çoxlu namaz və orucla deyildir. Əslində Allah barəsində çoxlu təfəkkür və düşüncədədir".

İmam Muhəmməd Təqinin (ə) moizəsi: "Bil ki, heç bir zaman Allahın nəzarətindən uzaq deyilsən. Ona görə bax gör, hansı haldasan?".

İmam Hadinin (ə) moizəsi: "Hər kim Allahın ardıcılı olar - xəlq ondan qorxar. O kəs ki, Allaha itaət edər - ona itaət edərlər. Hər kim Allaha itaət edər - məxluqun qəzəbindən qorxmaz. Hər kim Xaliqi qəzəbləndirər - gərək bilsin ki, Allahın xəlqi də ona qəzəblənir".

İmam Həsən Əsgərinin (ə) moizəsi: "Ən təqvalı insan o kəsdir ki, şübhələrlə qarşılaşan zaman dayanar. Ən abid insan o kəsdir ki, vacibatlarını yerinə yetirər. Ən zahid insan o kəsdir ki, haramı tərk edər. Ən çalışqan insan o kəsdir ki, günahlarını tərk edər".

İmam Zaman ağanın (ə) moizəsi: "Bil ki, Allah Təala ilə insanların heç biri arasında qohumluq yoxdur".

Allah Təala bizləri bu moizələri dərk edənlərdən qərar versin.
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: