Qeydiyyat

Möminlər bir-birləri ilə küsülü qala bilərmi?

471


Həzrət Peyğəmbər (s) buyurur: "İki müsəlman ki, bir-biri ilə küsər və ya qəzəblənər, bir-birindən uzaqlaşar - əgər üç gün belə olarsa və bir-biri ilə barışmazsalarsa - İslamın dairəsindən (müsəlmanlıqdan) çıxmış olarlar. Onlardan hansı ilk barışmaq üçün danışarsa, Qiyamət günü daha tez behiştə daxil olacaqdır".

Bu hədisdən də göründüyü kimi, müsəlman bir-biri ilə üç gündən çox küsülü qala bilməz.

İmam Sadiq (ə) buyurur: "İki insan ki, bir-birindən küsmək üzündən ayrılar, onlardan biri lənətə layiq olar. Ola bilsin ki, ikisi də layiq olsun".

Bir nəfər soruşur: "O kəs ki, məzlumdur, niyə lənətə layiq olur?".

Həzrət Sadiq (ə) buyurur: "O, niyə qardaşını barışmağa dəvət etmədi və ilk (barışmaq üçün) danışmadı? Atamdan eşitmişəm ki, buyurub: "Nə zaman iki nəfər bir-biri ilə dava edər və onlardan biri küsər, o kəs ki, məzlumdur gərək o birisinin yanına gəlib desin: "Ey qardaşım! Təqsir məndədir və mən zülm etmişəm" - o zamana qədər ki, dava aralarından gedər. Həqiqətən, Allah Adil Müdrikdir. Zalımdan məzlumun haqqını alacaqdır"".

İmam Baqir (ə) buyurur: "Allah rəhmət etsin o kəsə ki, bizim iki dostumuz arasında ülfət yaradar. Ey möminlər dəstəsi! Çalışın bir-birinizlə mehribanlıq edəsiniz!".

Küsməyin gətirdiyi pis nəticələr:

1. Vücudi ziyana uğramaq. "Həmin kəsləri ki,... Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır". ("Bəqərə" 27).

2. Atəşə layiq olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əbazər! Sənə küsməyi və uzaqlaşmağı qadağan edirəm. Əgər çarəsiz qalsan belə, qardaşından üç gündən çox uzaq qalma. Hər kim qardaşından uzaq qalan halda ölsə, atəş ona layiq olar".

3. Qatil olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim qardaşı ilə bir il küsülü qalar, onun qanını tökmüş kimi olar".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: