O Getdi..
O getdi –Ardına belə baxmadan, yaşadığımız hər şeyi silərək, Ardında gözü yaşlı birini qoyub getdi. Gedərkən heçmi düşünmədi məni, nələr yaşayacağımı. Bu qədərmi dəyərsiz oldum mən onun üçün?Onun həyatında artıq başqası var...Amma mənim yox...O xoşbəxtdir, amma mən yox...Zəif nöqtəm onu hələ də unuda bilməməyimdir. Onu həyatımdan çıxara bilmirəm. Niyə sevgim mənə bu qədər əzab verir? Sevmək günahdı? Günah deyilsə niyə onu yaşayan hər kəs əzab çəkir? Mənim kimi...Amma bir fərq var bəlkə də onların yaşadıqları həqiqi idi və heç olmasa onlar həqiqi sevgiyə görə əzab çəkirlər...
Mənsə yalan...Yalan bir şeyə görə hər gecə ağlayır, hər gün bir az daha bu həyat qarşısında kiçilirəm... Bir gün bu yalan sevgi ucbatından məhv olacağımı bilirəm. Amma qarşıma məqsəd qoyub onu unutsam bunların heç biri baş verməyəcək...O xoşbəxtdi və mən də olacam...Mən də yeni həyat qurub sadəcə olaraq xoşbəxtliyimi,gələcəyimi düşünəcəm...Dəyişəcəm...Bir tək bir şey qalacaq –
Qəlbimdəki... O
Oxsar Xeberler: