Qeydiyyat

Adəm övladı nə qədər qocalsa da iki xasiyyət onda cavanlaşar

443


Belə nəql edirlər ki, bir gün Harun Ər-Rəşid öz yaxın işçilərini bir yerə yığıb belə deyir:

Ürəyim istəyir bir şəxsi tapasınız ki, Rəsuli Əkrəmi (s) görüb və O həzrətdən eşitdiyi hədisi mənə nəql etsin. (Harun Ər-Rəşid xilafəti 170 h.q. ilində oluşdur.

Peyğəmbəri (s) görən bir şəxs olsaydısa xeyli qoca olardı). Harunun məxsus adamları belə bir şəxsi tapmaq üçün hər yerə nümayəndələr göndərdilər. Tamamilə haldan düşmüş, zəif bir qoca kişi tapıb ehtiyatla yumşaq zənbildə Harunun xidmətinə gətirirlər.

Harun qoca kişidən soruşur:

Peyğəmbəri görüb bir söz eşitmisən?

Belə cavab verir:

Uşaq idim atam əlimdən tutub həzrətin xidmətinə apardı. Ondan sonra peyğəmbəri görməmişəm.

Harun soruşur:

O gün peyğəmbərdən bir söz eşidib yadında saxlamısan ya yox?

Belə cavab verir:

O gün eşitdim ki, peyğəmbər (s) orda olanlara belə buyurdu:

"Adəm övladı qocalar, amma qocalanda onda iki xasiyyət (arzu, istək) cavanlaşar. Biri dünya malına hərislik, məhəbbət, əlaqə, o biri isə uzun-uzadı arzularmış".

Harun bir vaistə ilə peyğəmbərdən eşitdiyi hədisə görə çox xoş hal olur. Əmr edir ki, bu qocaya bir kisə qızıl pul versinlər. Qızıl pulu verib, ehtiyatla zənbilə uzadıb evinə aparmaq istədikdə qoca nalə-fəryad etməyə başlayır ki, Haruna deməli sözüm var.

Harun soruşur: Nə olub? Nə lazımdır?

Qoca belə cavab verərək Harundan soruşur:

Əziz sultan mənə desin görüm verdiyi hədiyyə bu illikdir yoxsa hər il belə hədiyyə verəcək?

Harun qocanın belə arzusuna görə gülümsəyib təəccüblə belə deyir:

"Peyğəmbər düz buyurub ki, Adəm övladı hər nə qədər qocaldıqca iki xasiyyət onda cavanlaşar. Biri dünya malına hərislik, o biri isə uzun-uzadı arzular."

Sonra belə deyir:

Mən güman etmirdim ki, bu qoca kişi öz evinə çatana kimi sağ qalar. Amma o bu halda dünya malına hərisliyi ilə başqa gələn illərin arzusu ilə yaşayır.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: