Qeydiyyat

İnsanın yaranış məqsədləri

369


Allah-Taala Qurani-Kərimin "Muminun" surəsinin 115-ci ayəsində buyurur:

أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ

"Yoxsa güman edirsiniz ki, sizi boş yerə yaratmışıq və Bizə doğru qaytarılmayacaqsınız?"
Quran insanın yaranış məqsədlərini bəyan etmişdir. O cümlədən:

1. İbadət:

وَ ما خَلَقْتُ الْجِنَّ وَ الْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ

"Mən cin və insanı yalnız Mənə ibadət üçün xəlq etdim." ("Zariyat", 56.)
2. İmtahan:

خَلَقَ الْمَوْتَ وَ الْحَياةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا

"(Allah) ölüm və həyatı xəlq etdi ki, sizi sınağa çəkib hansınızın yaxşı əməl etdiyi bilinsin." ("Mulk", 2.)
3. İlahi rəhmətin əldə olunması:

إِلَّا مَنْ رَحِمَ رَبُّكَ وَ لِذلِكَ خَلَقَهُمْ

"Rəbbinin rəhm etdiyi kəs istisnadır və (Allah) bundan (mərhəmətdən) ötəri xalqı yaratdı." ("Hud", 119.)
İmam Əli (ə) buyurmuşdur:

رَحِمَ اللهُ امْرءً عَرَفَ قَدْرَهُ

"Allah rəhm etsin öz qədrini bilən kəsə." ("Qurərul-hikəm".)
İnsan haradan gəldiyini, harada olduğunu və haraya gedəcəyini bilməlidir.

İmam Hüseyn (ə) buyurmuşdur:

اَيّهَا النّاسُ! إِنّ اللّهَ جَلّ ذِكْرُهُ مَا خَلَقَ الْعِبَادَ إِلاّ لِيَعْرِفُوهُ، فَإِذَا عَرَفُوهُ عَبَدُوهُ فَإِذَا عَبَدُوهُ اسْتَغْنَوْا بِعِبَادَتِهِ عَنْ عِبَادَةِ مَا سِوَاهُ

"Ey insanlar! Allah-Taala bəndələrini yalnız Onu tanımaq üçün yaratmışdır. Belə ki, Onu tanıdıqdan sonra ibadət edərlər, Allaha pərəstiş və ibadətlə Ondan qeyrilərinə pərəstişdən ehtiyacsız olarlar." ("Biharul-ənvar", c.5, səh.312.)
Həzrət Əli (ə) buyurmuşdur:

الدُّنْيَا خُلِقَتْ لِغَيْرِهَا، وَلَمْ تُخْلَقْ لِنَفْسِهَا

"Dünya özü üçün yox, bir başqası üçün yaradılmışdır. (Dünya axirətə qovuşmaq üçün vasitədir.)
Bəli, bütün məqsədləri dünyaya yönələn insanlar ona bağlanırlar. ("Əraf", 176.)

Bildirişlər

1. İnsan məqsədli yaradılıb.

2. İnsanın bəzi hesablamaları həqiqətdən uzaq olur.

3. Allahın bütün işləri məqsədlidir.

4. Axirət düşüncəsindən uzaq dünya həyatı puçdur.

5. İnsan məsuliyyət daşıyır. (Özümüzü Qiyamət sorğusuna hazırlamalıyıq.)

6. İnsanın yaranış məqsədi təkcə bu dünyada bitmir. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 8-ci cild, "Muminun" surəsi, 115-ci ayənin təfsiri.)
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: