İnsanların batini və zahiri həyatını dəyişəcək 4 mühüm amilAllah-Təala öz kitabında insana ey insanlar, ey möminlər, ey kafirlər və müxtəlif adlarla xitab edir.
Halbuki yaradılışca insan elə insandır. O zaman insanları fərqli qılan bir şey olmalıdır
Yaradılışca eyni olan insanı fərqli edən onun ruhiyyəsinin fərqli olmasıdır. Hər bir kəsin müxtəlif qəlbani haləti, qəlbinin öz yaradanı ilə rabitəsi vardır.
Bu rabitə və yaxınlıq onun imanının və etiqadının əsasını təşkil edir. İnsanda formalaşan iman və etiqad da öz növbəsində insanı formalaşdırır.
Bununla da insanlar arasında həqiqi fərqlilik yaranır. Bu fərqlilikdən də fərqli düşüncələr doğur.
Maraqlı və toxunmaq istədiyimiz məqam, insanların fərqli düşüncə sahibi olması Allah Rəsulunun (s) bir hədisində özünü zahir etməkdədir.
Bu hədisə əsasən mömündə dörd şey olmalıdır ki, onun rifahına xidmət etsin. Peyğəmbər (s) bu dörd şeyi sayır. Amma fərqli baxışlarla. Zahir və batin baxışları ilə.
Peyğəmbər (s) buyurub: Möminin dörd şeyi olmalıdır:
Geniş evi
Yaxşı miniyi
Gözəl libası
Nurlu, işiqlı çırağı.
Bir kişi dedi Ya Rəsul Allah (s) bizim bunlardan yoxumuzdu biz neynəyək? Həzrət (s) buyurdu:
Bu hədisin həmdə batinin vardır. Geniş ev böyük səbri təmsil edir, yaxşı minik ağıldır, gözəl libas həyadır, nurlu çırağ elimdir ki, onun səmərəsi bəndəçilikdir.
Allah Rəsulu (s) hədisi iki şəkildə həm zahiri, həm də batini mənada ifadə edib. Hər kəsin bu kəlamdan əldə etdiyi payı, onun axtardığı dəyərin, dəyər verdiyi şeyin miqdarındadır.
Maddiyyat nəzəri ilə baxan birinci tərəfi, ilahı qürb və yaxınlıq axtaran ikinci tərəfi dəyərli biləcəkdir. Necə ki, Əli(ə) əlindəki cırıq çarığı göstərib: Sizin dünyanızın (yaxud xilafətin) mənim nəzərimdə bu çarıq qədər dəyəri yoxdur deyə buyurdu.