İntihar etmək istəyirəm deyən insanlar, yaşamaqı ən çox sevənlərdir əslində.
Cəhənnəm insan ürəyində sevginin bitdiyi yerdir...
Pulu iki dəfə artırmağın ən qısa yolu onu iki qatlayıb yenidən cibinizə qoymaqdır...
Sən özünü bilirsənsə, bil ki, özünü bilməzlərin söylədikləri mənasızdır. Unutma gərəksiz tənqid yalnız gizli heyranlıqdır.
Qadağa nə qədər böyükdürsə, onu çeynəmək arzusu da o qədər güclü olur.
Zaman səssiz bir mişardır.
Varlığı bir şey qazandırmayan insanların yoxluğu ilə bir şey itirmərik.
İnsanlar ədalətsizliyi sadəcə öz başlarına gələndə düşünürlər.
Keçmişdən aldığımız dərs budur: insanlar keçmişdən dərs almırlar.
Qəlbləriniz sevgi istehsal edə bilmirsə, yaxşı zəhmətkeş deyilsiniz.
Oxuyun, çünki mürəkkəbin axmadığı yerdə qan axır...
Son dərəcədə qürurlu insanlar susmağı və yalnızlığı sevər.
Döydülər, yıxılmadıq. Söydülər, yıxılmadıq. İşgəncə verdilər, yıxılmadıq. Alqışladılar, təriflədilər, yıxıldıq.
Bir adam var imiş, bir adam daha var imiş, bir nəfər daha varmış. Zarafat elədim zarafat...Hardadı bu dövrdə bu qədər adam...
Gözlərin rəngi, forması nə qədər fərqli olursa olsun, gözyaşlarının rəngi eynidir.
İnsanların tale dedikləri şey, çox vaxt öz axmaqlıqlarıdır.
Sübutsuz təsdiq edilən, sübutsuz da rədd edilə bilər.
Zamanınız məhduddur. Buna görə də başqalarının həyatını yaşayaraq xərcləməyin.
Sən üzr istədin deyə mənim çəkdiyim əziyyətlər yox olub getmir. Başa düşürsən?
Bir şeyi şiddətlə arzulamaq, ruhunu başqa şeylər üçün kor etməkdir.
Yumşaq olma əzilərsən, sərt olma qırılarsan.
Hər kəsi dinləyərəm, amma öz doğru bildiyimi edərəm.
Qadınların ümidi gün işığında hörülmüş kimidir, adicə bir kölgə ümidlərini qaraltmağa bəs edir...
Tez ölməyin ən asan 3 yolu: 1) Siqaret çək 30 il tez öləcəksən, 2) İçki də içsən 30 il tez öləcəksən. Amma daha təsirlisi var... 3) Qarşılıqsız sev, hər gün öləcəksən...