Qeydiyyat

Kamil imanın nişanələri hansıdır?

451


Həzrət Peyğəmbər (s) buyurur: "Üç sifət vardır ki, əgər hər kimdə olarsa, imanın kamil olmasının sifətlərindən olar:

1. O kəs ki, şad olar, şadlığı onu batilə tərəf çəkməz.

2. Qəzəblənən zaman qəzəbi onu haqdan çıxartmasın.

3. Nə zaman qüdrət əldə edər, onun olmayana əl uzatmaz".

Bəs həqiqi mömin kimdir? Məsumlarımızın (ə) buyuruşlarından bizə bəlli olur ki, həqiqi möminliyin təzahürü məhz ictimai münasibətlərdə təşəkkül tapır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim ehtiyacı olana maddi yardım edər və insanlarla insafla rəftar edər - bu cür insan həqiqi mömindir".

Bəli, mübarək dinimiz buyurur ki, insanlara fayda verməyə çalış. Bu yüksək missiyaya motivləndirən buyuruşda Həzrət Peyğəmbərdən (s) nəql edilir: "Xəlq (yaranmışlar) - Allahın çörəkyeyənləridirlər. Ona görə də Allah yanında ən sevimli insan o kəsdir ki, Allahın çörəkyeyənlərinə fayda verər və ailəsini sevindirər".

Bununla yanaşı, mübarək mətnlərdə yaxşı əməlin kamil olması çərtləri də çatdırılır. İmam Sadiq (ə) buyurur: "Yaxşı əməl kamil olmaz, məgər 3 şeylə:

1. Onu yerinə yetirmək üçün tələsmək.

2. Onu kiçik hesab etmək.

3. Onu gizli saxlamaq".

Bəs hansı xüsusiyyətlər möminə xas olmur? Mömində olmayan 6 sifət barədə İmam Sadiq (ə) buyurur: "6 (sifət) mömində olmaz: sərtlik, xeyirsizlik, həsəd, tərslik, yalan və (haqqa) təcavüz".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: