Qeydiyyat

Behiştin və cəhənnəmin qapıları necə adlanır?

458


Sübhan Allah cəhənnəmin qapıları ilə bağlı Quranda buyurur: "Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür". ("Hicr" 44). Cəhənnəmim yeddi qapısı vardır və hansı qapıdan girmək üçün insanları dəstələrə bölərlər.
Allah Təala behişt qapıları haqqında buyurur: "Rəbblərindən qorxanlar (isə) dəstə-dəstə cənnətə tərəf aparılarlar. Nəhayət ora çatanda onun qapıları (daxil olmaq üçün onların üzünə) açılar. Onun gözətçiləri onlara deyərlər: "Salam olsun sizə! (Həm cisim, həm də ruh baxımından) pak oldunuz. Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!"". ("Zumər" 73).
Sübhan Allah başqa heç bir ayəsində bu qapılar haqqında söz açmamışdır, ona görə də bu qapıların dünya qapıları kimi olub-olmadığını bilmirik. Görəsən evlərin qapısı kimidir, yoxsa hansısa təbəqə və dərəcə kimidir?
Behiştin qapılarının adı barəsində Şeyx Səduq Peyğəmbərdən (s) bir hədis nəql edir və bu hədisdə behiştin beş qapısının adı bəyan olunmuşdur:
1. Rəhmət.
2. Səbir.
3. Bəla.
4. Şükür.
5. Əzəmətli.
Əmirəl-möminindən (ə) gələn hədisdə isə oxuyuruq ki, buyurub: "Həqiqətən behiştin səkkiz qapısı vardır. Bir qapıdan peyğəmbərlər və siddiqlər daxil olarlar. Bir qapıdan şəhidlər və salehlər daxil olarlar. Beş qapı vardır ki, oradan bizim davamçılarımız və dostlarımız daxil olarlar".
Behişt qapılarından birinin adı mücahidlər qapısıdır və İmam Əli (ə) bu haqda "Nəhcul-bəlağə"də buyurur: "Cihad - behişt qapılarından biridir ki, onu xüsusi bəndələrinin üzünə açar". Qurani-Kərimin bəzi təfsirlərində bu ada işarə edilmişdir. Behişt qapılarından biri ancaq oruc tutanlara aiddir və oradan ancaq oruc tutanlar daxil ola biləcəklər.
Cəhənnəmin qapılarının adı hədislərimizdə çəkilmişdir və xülasəsi belədir:
1. Cəhim.
2. Ləzi.
3. Səqər.
4. Hütəmə.
5. Haviyə.
6. Səyir.
7. Cəhənnəm.
Bəzən elə hədislərə rast gəlmək olur ki, behişt və cəhənnəmin qapılarının sayını daha çox göstərir və bir növ mübaliğədir ki, behişt və cəhənnəmin dərəcələri çoxdur. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Allaha and olsun ki, behiştin 72 qapısı vardır və 70 qapıdan Əhli-beytim (ə) və mənim davamçılarım daxil olacaqdır. Qalan insanlar isə o bir qapıdan daxil olacaqlar".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: