Qeydiyyat

Bərzəxdə şəfaət olacaqmı?

476


Şəfaət elə bir mövzudur ki, hər bir möminin ümid çırağına çevrilmişdir. Qiyamət günü ümidi onadır ki, Məsumların (ə) şəfaəti sayəsində insan İlahi imtahandan başı ucaçıxa bilsin. Şəfaət edən insanlar arasında Məsumların (ə) məqamı ən böyükdür.

Qurani-Kərim Qiyamət günü şəfaət verə bilənlər barəsində buyurmuşdur: "(Həmin gün) Rəhman olan Allahın yanından (peyğəmbərlər, övliyalar və mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. [Həmçinin (əqidəsinin əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz]". ("Məryəm" 87).

Şəfaət elə bir nemətdir ki, ancaq Qiyamət günü möminlərə şamil olacaqdır, bərzəx aləminə aid deyildir.

İmam Sadiq (ə) bu haqda buyurur: "Bizim davamçılarımız, Peyğəmbərin (s) və Məsum İmamların (ə) şəfaəti ilə Qiyamət günü hamısı behiştlikdir. Ancaq Allaha and olsun ki, bərzəxdəki hallarından qorxuram". Çünki bərzəxdə şəfaət yoxdur.

Əlbəttə bərzəx aləmindəki hesab, sorğu-sual Qiyamət günündə olacağı kimi deyildir. Hədislərimizdən belə qənaətə gəlmək olur ki, Qiyamətlə müqayisədə daha asan olur və dərindən olmur. Bərzəx aləminin nemətləri və cəzaları da Qiyamətlə müqayisədə daha zəifdir.

Allah Təala Quranda buyurur: "Fironçuların (Bərzəx aləmində) hər səhər-axşam məruz qaldıqları həmin od! Qiyamət qopduğu gün isə "fironçuları ən şiddətli əzaba daxil edin" (deyiləcəkdir)". ("Ğafir" 46).

Ona görə də bu ayədən də göründüyü kimi, bərzəx aləminin cəzası Qiyamətə çata bilməz. Çünki əsil İlahi məhkəmə Qiyamətə aiddir. Ancaq hər bir halda mömin bərzəxdəki halından qorxmalıdır.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: