Qeydiyyat

Dua və ibadətlərinin qəbul olunmadığını düşünənlər üçün həyati göstəriş

453


İnsanın ən mühüm vəzifəsi öz yaradanını tanıması, özünün islahı, mənəvi yüksəliş əldə etməsidir. İnsanın dəyər və qiyməti yalnız bundadır. İnsan yalnız bu yolla mənəvi yüksəliş və dəyər qazana bilər. Çünki Quran insana yalnız bu meyarla dəyər verir və ümumilikdə bütün mənəvi keyfiyyətləri bir adla, "təqva" adı ilə təqdim edir:

"Sizin Allah yanında ən üstününüz daha təqvalı olanınızdır" (Hucurat-13).

İnsan bu üstünlüyü əldə etmək üçün müəyyən cəhdlər, ibadətlər, dualar və kimi işlər görür. Böyük ümidlə rəbbinə doğru mənəvi yüksəliş və uğur əldə edir. Bəzən bu uğur müşahidə olunan, bəzən isə müşahidə olunmayan olur. İnsan gördüyü işlərində müsbət mənəvi təsir müşahidə etmədikdə bəzən ümidsizliyə qapılır, əməllərinin hədər olduğunu düşünür. Ümidsizliyə qapılıq. Halbuki Quran "İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!" deyə buyurur (Kəhf-30).

Quran ayələrinə, hədis və İslam alimlərinin sözlərinə əsasən Allaha iman gətirən və yaxşı iş görən heç bir kəsin əməli qarşılıqsız qalmır. Mütəal Allah iman əhlinin hər zikrini, ibadət və itaətini, yaxşı əməlini, duasını qəbul edir. Lakin Allah bu kimi işlərin əvəzini (əcrini) insana xeyri olacaq formada çatdırır, nəinki insanın istədiyi formada.

İslam alimlərindən, ustad Fatimi Niya bu barədə belə deyir:

"Ən pis və layiq olmayan söz budur ki, deyəsən dua etdim olmadı, ziyarət etdim olmadı.

Bu olmadılar Şeytanidir!

Heç bir dua edənin dua üçün qalxan əlləri geriyə boş qaytarılmaz.

Əgər bu (istədiyin) sənin xeyrinə olarsa, sənə əta edilər!

Yox əgər xeyrinə olmazsa, ondan daha xeyirlisi əta edilər!"
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: