Qeydiyyat

Münafiq kimdir?

436


Cavab: İnsanlar dörd qismə bölünür:

1. İman gətirib, saleh əməl edən möminlər.
2. İmansız və saleh əməlsiz kafirlər.
3. İman gətirdiyi halda, saleh əməldən uzaq olan günahkarlar.
4. İman gətirmədiyi halda, özünü saleh göstərən münafiqlər. Yalan, hiylə, riyakarlıq nifaqın bir növüdür.

Sual: Möminlər arasında münasibət necə olmalıdır?

Cavab: İslam peyğəmbəri (s) buyurub: "Mömin möminin güzgüsüdür." ("Bihar", c. 71, s. 270.)
Güzgü kimi, bir-birimizin həm gözəl, həm də nöqsanlı cəhətlərini görək.
Güzgü kimi hər şeyi olduğu kimi, böyüdüb kiçiltmədən göstərək.
Güzgü kimi insanlarla üz-üzə durub danışaq, xəlvətdə yox.
Sevirəm ki, dostlar bir ayna kimi.
Hər zaman üzümə deyə eybimi.
Min dilli daraq tək gəzib xəlvəti,
Nə pisdir edələr tük-tük qeybəti.
Güzgü kimi başqalarının nə deyəcəyini düşünməyək
Güzgü kimi özümüzü toz-torpaqdan qoruyaq.
Eyb göstərdiyi üçün güzgünü sındırmazlar. Eybini deyəni də incitmə.
Güzgünü sındıranda onun qırığı da hər şeyi olduğu kimi göstərir. Min bir əzab görmüş mömin də yalnız həqiqəti deyir.
Güzgü saf olduğu üçün eybi göstərir. Mömin də kin və həsədə görə yox, saflığına görə tənqid etməlidir.
Güzgü göstərdiyi eybi özündə saxlamadığı kimi, mömin də üzbəüz dediyi eybi yadından çıxarmalıdır.
Güzgüyə ötəri baxan eybini görə bilmədiyi kimi, mömin də diqqətlə dinləməyən eybindən xəbərsiz qalar
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: