Qeydiyyat

Cənnətdə ev sahibi olmaq istəyənlərə

419


İnsan öləndən sonra onun yardıma çatan dünyadakı əməlləri olar, o cümlədən tikdiyi məscid və ya saldığı bağ kimi.

Quranda məscid inşa edənlərə və ya onu abad edənlərə xüsusi diqqət verilib və Allah bu kitabda buyurmuşdur: "Həqiqətən Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də onların hidayət olunmuşlardan olmalarına ümid vardır". ("Tövbə" 18).

Bu ayədən də göründüyü kimi, məscid inşa edən şəxsdə xüsusi sifətlər olmalıdır. O cümlədən:

1. Allaha iman və ixlasın olması. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim özünü göstərmək və ya başqalarının qulağına çatdırmaq üçün bina tikərsə, Allah bu binanı yerin yeddinci qatında atəş şəklində boynunda gəzdirəcək və onu atəşə atacaqdır. Bu şəxsi cəhənnəmə süqut etməkdən heç nə xilas etməyəcək, məgər o halda ki, tövbə edər".

Sual verirlər: "Ya Rəsulallah! Riya üzündən tikilən bina nədir?"

Peyğəmbər buyurdu: "Odur ki, insan öz ehtiyacından çoxunu (yəni ehtiyac olmadığı halda), qonşularına lovğalanmaq üçün və qardaşlarının yanında fəxr etmək üçün bina inşa edər".

2. Qiyamətə etiqadı olmalıdır.

3. Namaz qılmalıdır.

4. Zəkatını verməlidir.

Yəni, bu şəxs mömin olmalıdır, təkcə dildə deyil, həm də qəlbində həqiqi mömin olmalıdır.

5. Allahdan başqa heç kimdən qorxmamalıdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Əgər kimsə dünyada məscid inşa edərsə, Allah onun hər vəcəbinə (ölçü vahididir) görə 40 min il boyu ölçüsündə qızıldan, gümüşdən, dürdən, yaqutdan, zümrüddən, mirvaridən olan şəhər bağışlayar".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: