Qeydiyyat

Xoş rəftar və ünsiyyətin meyari

399


İmam Əli (ə) oğlu imam Həsənə (ə) xoş rəftar və ictimai ünsiyyətlə bağlı tapşırığında belə buyurur:

يا بُنَىَّ تَفَهَّمْ وَصِيَّتِى وَاجْعَلْ نَفْسَكَ مِيزاناً فيِما بَيْنَكَ وَبَيْنَ غَيْرِكَ، فَاَحْبِبْ ) وَ أَحِب (ِغَيْرِكَ ما تُحِبُّ لِنَفْسِكَ وَاكْرَهْ لَهُ ما تُكْرِهُ لَها!

"Oğlum! Vəsiyyətimi dərk et, özünü özünlə başqaları arasında ölçü bil; özün üçün istədiyini başqaları üçün də istə; özünə qıymadığını başqalarına da qıyma..." ("Nəhcül-bəlağə", məktub 31.)
İmam Əli (ə) vəsiyyətnamənin bu hissəsində bəşəriyyətə insanlar arasındakı münasibətlərə aid mühüm bir məsələni bəyan edir. Həzrət buyurur: "Özünü özünlə başqaları arasında ölçü bil..."

İnsan başqaları ilə rəftarını dəyərləndirmək üçün meyara ehtiyaclıdır. Yaxşı rəftarı tanımaq üçün hökmən bir ölçü lazımdır. Axı insan istər-istəməz başqaları ilə ünsiyyətdə olur. Bəs ətrafdakıların hüququnu pozmamaq üçün necə rəftar etməli, necə danışmalı?

Müqəddəs İslam dinində rəftar və ünsiyyət qaydaları geniş və dəqiq şəkildə öz əksini tapmışdır. Vacib və haram, müstəhəb və məkruh əməllər tam şəkildə müəyyənləşdirilmişdir. Amma məsələ budur ki, istənilən bir şəraitdə istifadə ediləsi ümumi bir meyar var, yoxsa yox?

Bu suala imam Əli (ə) misilsiz bir hikmətlə cavab verərək "meyar özünsən" buyurur; yəni elə rəftar etməlisən ki, özünə qarşı bu rəftarı umursan. Özünü qarşındakı adamın yerinə qoy və bil ki, hansı rəftarla onu razı sala bilərsən.

Bu ümumi meyarı bir daha diqqətlə nəzərdən keçirdikdə, müəyyən mühüm nöqtələr əldə olunur. İlk mühüm nöqtə bu meyarın əhatə dairəsinin geniş olmasıdır.

İnsan belə bir meyardan istifadə etməklə bütün sahələr üçün öz davranışını müəyyənləşdirə bilər. Digər bir nöqtə nə üçün bu meyarın seçilməsidir. Nə üçün insan öz davranışını təyin etmək üçün özünü başqalarının yerinə qoymalıdır?

Bütün peyğəmbərlər və səmavi kitablar bildirirlər ki, bəşəriyyət bir ata və bir anadan yaranmışdır. Demək, bütün insanlar insanlıq və şərafətdə müştərəkdirlər. Kimsə bu bərabərliyi, müştərəkliyi inkar edə bilməz. Kimsə deyə bilməz ki, mənimlə bu sayaq rəftar edin, amma mən sizinlə istədiyim kimi rəftar edəcəyəm.

Etiraf etməliyik ki, başqalarından yaxşı rəftar gözlədiyimiz kimi, başqalarının da bizdən yaxşı rəftar gözləməyə haqqı var. Qarşı tərəflə necə rəftar etmək lazım olduğunu bilmək üçün özümüzü həmin şəxsin yerinə qoymalıyıq. Belə bir baxışın əsasını qarşı tərəfin insani məqamına, hüquqlarına diqqət təşkil edir. Hər bir insanın başqaları ilə qarşılıqlı münasibətdə hüquq və vəzifələri vardır.

İnsan ictimai varlıqdır və ətrafındakılarla əlaqə saxlamağa məcburdur. İctimai əlaqələrini düzgün nizamlamayan insan maddi və mənəvi nemətlərə çata bilmir. Ona görə də, qarşı tərəfin millətini, irqini nəzərə almadan onun haqlarına riayət etmək lazımdır.

Bəli, qarşılıqlı əlaqələrin necəliyinin təyinində imam Əlinin (ə) buyurduğu meyardan ümumi, üstün meyar tapmaq mümkünsüzdür. Bu üsula əməl etməyə başlasaq, bütün rəftarlarımızı yenidən nəzərdən keçirməli olacağıq.

Bu qayda o qədər əhatəlidir ki, mədəni, əqidəvi, hüquqi təsirlər də göstərir. Yalnız bu meyarı əsas götürməklə insanlıq, ictimailik dərk olunur. Yəni həm rəftara, həm də bütün mədəniyyətlərə və millətlərə təsir edilir.

Məsələn, ailədə ərlə arvadın müxtəlif xüsusiyyətlərə malik olmasına baxmayaraq, bu meyar öz işini görür. Müxtəlif vəzifələrə malik olan ailə üzvləri bu meyar vasitəsilə öz qarşılıqlı münasibətlərini yetərincə tənzimləyə bilirlər. İnsanlar bir-birindən xoş davranış intizarındadırlar.

Əgər ailənin bir üzvü o biriləri ilə zor dilində danışarsa, demək, razıdır ki, onunla da zor dilində danışılsın. Yox, əgər zor dilini qəbul etmirsə, gərək özü də zor dilində danışmasın.

Ata-övlad əlaqələrində də uyğun məsələ ortaya çıxır. Ata və övladın fərqli vəzifələri olsa da, onlar eyni bir mühitdə yaşayıb əlaqə saxlamağa məcbur olduqlarından həmin metodla (özünə qıymadığını başqasına qıyma) hərəkət etməli, öz münasibətlərini tənzimləməlidirlər.

Uşaqlıq dövrünü xatırlayaq: bəzən hansısa rəftarına görə ata-anamızdan narazı qalardıq.

İndi ki özümüz valideynik, gərək övladlarımızla həmin cür rəftar etməyək. Valideynimizdən görmək istədiyimiz rəftarla öz övladımıza yanaşmalıyıq. Axı uşaqlıq dövründə səhvə yol verərkən atamızın bizi sərt yox, yumşaq tərzdə başa salmasını istəyirik. Necə ola bilər ki, övladımız səhvə yol verdikdə, onunla diktator kimi davranaq?!

Təsəvvür edin ki, övladınız siz özünüzsünüz, özünüzlə necə rəftar olunmasını istəyərdiniz? Buna nəzərən, Əmirəlmöminin Əli (ə) vəsiyyətinin davamında "meyar özünsən" ibarəsini belə şərh edir: "Özün üçün istədiyini başqaları üçün də istə və özünə qıymadığını başqalarına da qıyma..." ("Pənde-cavid - Əbədi öyüd", Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.225-230.)
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: