Qurani-Kərimin behişt müjdəsi verdiyi kəslər bunlardır:
1. İmanda qabaqcıl olanlar. "(Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar! Onlar (Allahın dərgahına) yaxın olanlardır. (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar". ("Vaqiə" 10-12).
2. Saleh əməl sahibləri. "İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edilərlər". ("İbrahim" 23).
3. Allah dərgahına yaxın olanlar. "Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu cənnət vardır". ("Vaqiə" 88-89).
4. Yaxşı əməl sahibləri. "Yaxşı işlər görən və yaxşılıq edənlər üçün (nəzərdə tutulmuş) gözəl mükafat və (lütf yolu ilə olan əlavə) artıq (mükafat) vardır və (axirətdə) onların üzlərini qara tüstü, zillət və xarlıq tozu örtməz. Onlar cənnət əhlidirlər, orada əbədi qalacaqlar". ("Yunus" 26).
5. Təqvalılar. "Təqvalılara vəd edilmiş cənnətin vəsfi belədir: Onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir". ("Rəd" 35).
6. Şəhidlər. "Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan cənnətin onların olması bahasına alıb". ("Tövbə" 111).
7. Səadət əhli. "Xoşbəxt olanlara gəldikdə, onlar cənnətdədirlər". ("Hud" 108).
8. Namaz qılanlar. "O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar. Məhz onlar (ali və xoşagələn) cənnətlərdə ehtiram olunacaq kimsələrdir". ("Məaric" 34-35).
9. Səbirlilər. "Və onları etdikləri səbir müqabilində (üstün bir) cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır". ("İnsan" 12).
10. İtaət edənlər. "Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edər". ("Fəth" 17).
11. İlahi qorxu əhli. "Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa, Şübhəsiz, onun yeri cənnətdir". ("Naziat" 40-41).
12. İman əhli. "İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edilərlər". ("İbrahim" 23).
13. Tövbə əhli. "Ey iman gətirənlər, Allaha - xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara daxil etsin". ("Təhrim" 8).
14. Yəmin səhabələri. ""Əshabi-yəmin"dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa. Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar". ("Muddəssir" 39-40).