Qeydiyyat

Həqiqi nicat tapanların 8 qrupu

410


İslam dini nicatı insanın öz cövhərində axtarır və buyurur ki, əgər insanın Allahla aşiqcəsinə rabitəsi olarsa, ehtiyaclı insanlara zəkat verərsə, cəmiyyətdə əhdinə vəfa edər və əmanətdar olarsa, öz istək və meyillərini kontrol edə bilərsə - bu insan nicat tapanlardan olar.

Həqiqi nicat tapanları tanıyaq:

1. Onlar ibadət əhli və saleh əməl sahibidirlər. "Ey (Bizim peyğəmbərimiz Muhəmmədə (s)) iman gətirənlər, rüku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir)". ("Həcc" 77).

2. Simiclikdən uzaqdırlar. "Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapanlardır". ("Həşr" 9).

3. Qafil deyildirlər və Allahı çoxlu zikr edirlər. "Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız". ("Ənfal" 45).

4. Allah yolunda mübarizə edərlər. "Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız". ("Maidə" 35).

5. Tövbə və istiğfar əhlidirlər. "Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız". ("Nur" 31).

6. Cəmiyyəti islah edər, əmr-məruf və nəhy-əz-munkər edərlər. "Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!". ("Ali-İmran" 104).

7. Allahın Peyğəmbərinə (s) imanları vardır və onlara yardım edirlər. "O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə - (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun Kitabına) tabe olanlar həmin nicat tapanlardır!". ("Əraf" 157).

8. Təqva əhli. "Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə - hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla (məxsus bir nurla, yaxud Qur'an maarifi ilə, ya qeybi uğurlarla) onları qüvvətləndirmişdir. Onları (axirətdə) (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər, bil ki, şübhəsiz, Allahın firqəsi - həmin nicat tapanlardır". ("Mücadilə" 22).
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: