Qeydiyyat

Peyğəmbərimiz evliliyin ilk şərti kimi nəyi buyurmuşdu?

357


Əziz Peyğəmbərimiz (s) dəfələrlə bu sözü buyurmuşdur: "Əgər əxlaqı münasib olan elçi gələrsə, onunla evlənin. Əgər evlənməsəniz, yer üzündə fitnə və fəsada səbəb olar".

Ey mənim ümmətim! Evlilikdə din və əxlaqı düşünün. Baxın görün qız iffətlidir, yoxsa yox. Oğlanın qeyrəti var, yoxsa yox. Baxın görün bu oğlan namaz qılır, yoxsa yox. Baxın görün bu xanımın hicabı kamildir, yoxsa yox.

Baxın görün bu qızın və ya oğlanın əlxaqı gözəldir, yoxsa yox. Bu qızın və oğlanın dini necədir. Qalan məsələlərdə isə Allaha təvəkkül edin, Onun izni ilə düzələr.

Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, evlilikdə ilk şərt - iman və əxlaqdır. Əgər bu ikisi olarsa, həmin ailə davamlı olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! Cəbrail (ə) Lətif və Xəbirin yanından gəlib buyurur: "Qız - ağacın meyvəsi kimidir, o zaman ki, yetişər və dərilməz, günəş və külək onu cürüdər.

Qızlar da nə zaman evliliyə hazır oldular, onlar üçün evlilikdən başqa dərman yoxdur. Əgər evlənməzsə, fasid olmaqdan təhlükəsiz olmaz, çünki onlar bəşərdir"".

Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "O zaman ki, övlad qızdır, övladın atası üzərindəki haqqı budur ki, onun evlənməsində və ər evinə getməsində tələssin".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəsin övladı evlilik çağına gələr və onu evləndirmək gücünə malik olar, (ancaq bu işi etməzsə) övladı büdrəyərsə, günahı onun boynunadır".

Həzrət Peyğəmbər (s) buyurur: "Cavan, cavanlığının əvvəlində evlənən zaman şeytan fəryad çəkər ki, "ey vay olsun! Dininin üçdə ikisini mənim əlimdən qorudu". Gərək qalan üçdə birində Allaha qarşı təvqalı olsun".

"(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir". ("Nur" 32).
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: