Qeydiyyat

Allah batili haqq kimi tanıtmaz

489


Allahın Peyğəmbəri(s) buyurur: "Ümmətim üçün üç şeydən - (Haqqı və ya haqq yolu) tanıyandan sonra azğınlığa düşməkdən, azdırıcı fitnələrdən, qarınqululuq və şəhvətpərəstlikdən qorxuram".

İmam Baqir (ə) və ya İmam Sadiq (ə) buyurur: "Allah Yer üzünü alimsiz qoymayıb və əgər belə olmasaydı, haqq ilə batil bir-birindən seçilməzdi".

İmam Sadiq (ə) buyurur: "Yer üzü yarandığı gündən heç vaxt insanların unutduqları haqqı dirçəldən, hər şeyi bilən höccətsiz qalmayıb".

"Haqq gəldi və batil yox oldu. Həqiqətən batil yoxluğa məhkumdur". ("İsra", ayə 81)

Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! Bundan qeyrisi deyildir ki, Allah və şeytan - haqdır və batil, hidayətdir və zəlalət, inkişafdır və yolunu azmaq, yaxşılıqlardır və pisliklər. Hər nə yaxşıdır - Allahdandır və hər nə pisdir - həmin məlun şeytandandır".

İmam Əli (ə) buyurur: "Əgər batil haqq ilə qarışmasa o, haqq axtaranlara gizli qalmaz. Əgər haqq batil ilə qarışmasa, onun düşmənlərinin dili kəsilər. Lakin bir ovuc ondan və bir ovuc da bundan götürülür. (Beləliklə hərəsindən bir az götürülməklə haqq ilə batil bir-birinə qarışır və nəticədə şübhə meydana çıxır)".

"Xeyr, Biz haqqı batilin üzərinə salarıq, beləliklə onu yox edər və batil məhv olar. Vəsf etdiklərinizə görə vay olsun sizə!". ("Ənbiya", ayə 18)

İmam Sadiq (ə) buyurur: "Allah batili haqq kimi tanıtmaz. Allah haqqı möminin qəlbində şəkk-şübhə edilməyən batil kimi göstərməz. Allah batili haqq ilə mübarizə aparan kafirin qəlbində şəkk-şübhə edilməyən haqq kimi göstərməz. Əgər belə etməsəydi, haqq batildən seçilməzdi".

İmam Sadiq (ə) buyurur: "Qəlb heç vaxt haqqın batil və batilin haqq olmasına yəqinlik tapmaz".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: