Gəl uzaqda durma belə,
Gözlərimiz doğma olub, bir-birinə
Cavab verə bilərsənmi sözlərimə
Mənim dostumsan, yoxsa sevgilim ?
Bilirsən baxışlar sənə doğmadı
Ayrılıq elçisi bizdən uzaqdı,
Gizlətmə özünde, de Cavabını
Mənim dostumsan, yoxsa sevgilim ?
Böyütdüm gizlicə yaşatdım onu,
Yoximiş məhəbbət, bosimiş sonu
Sevirsən? sevmirsən? açıqla bunu
Mənim dostumsan, yoxsa sevgilim ?
Denizin sahili, Səhranin qumu
Sevirdim, bilmirdim, həsrətdi sonu
Sən, cavab ver mənə seçim bir yolu,
Mənim dostumsan, yoxsa sevgilim ?
Sakitcə pıçıldalda O, mənə yetər
Ayrılıq çətindi zülümnen betər
Düzünü söyləsən yaşanar əsər,
Mənim dostumsan, yoxsa sevgilim ?
Baxırsan üzümə, dağsan dözürsən
Men sene gelirem uzag gedirsən,
De hardan bilim men, bir söz demirsən
Mənim dostumsan, yoxsa sevgilim ?
Yad oldu baxışlar, gəlmirsən daha
Umudum qalmayıb açan sabaha,
Çəkinmə zəng elə, de telefonda
Mənim dostumsan, yoxsa sevgilim ?