Qeydiyyat

Pomidor-faydası, ziyanı və əks təsiri

442


Pomidor güclü antioksidantdır. Pomidorun tərkibində olan likopen özlüyündə kifayət qədər güclü antioksidantdır. Likopen bir çox xəstəliklərin müalicəsinə kömək edir. Bu isə o deməkdir ki, pomidor ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini azaldır. Eyni zamanda asteniya xəstəliyinin müalicəsində də faydalıdır.

Pomidor antibakterial təsir göstərir. Bu isə onun tərkibində fitonsidlərin olması ilə izah edilir.

Pomidor əhval-ruhiyyəni yüksəldir. Pomidorun tərkibində olan serotonin isə əhval-ruhiyyənin yüksəlməsinə kömək edir.

Pomidor tromb formalaşmasının əleyhinə təsir edir. Amerikalı tibb işçiləri müəyyən ediblər ki, pomidorun tərkibində xüsusi maddə var və tədqiqatçılar bu maddəni P3 adlandırıblar. Bu maddə kifayət qədər faydalıdır. P3 qanı durulaşdırır və tromb formalaşmasına qarşı çıxır.

Pomidor böyrəkləri təmizləyir. Pomidor böyrək və sidik kisəsi xəstəlikləri zamanı diuretik rolunu oynayır. Çünki pomidorun tərkibinin 94 faizi sudan ibarətdir.

Pomidor dərini cavanlaşdırır. Tərkibində olan bol miqdarda olan B vitamin qrupu sayəsində pomidor üz dərisinin rəngini yaxşılaşdırmağa, qırışları azaltmağa və ümumi olaraq dərini cavanlaşdırmağa kömək edir.

Pomidor iştahı azaldır. Pomidorun aşağı kalorili olması və tərkibində xrom olması orqanizmin tez doymasına şərait yaradır və güclü aclığın qarşısını alır. Eyni zamanda bir çox pəhrizlərdə də menyuya pomidor əlavə edilir. Bəzən isə pəhrizlər əsasən qırmızı pomidora əsaslanır.

Pomidor qan təzyiqini normallaşdırır. Pomidorun tərkibində olan pektin maddəsi qan təzyiqini normallaşdırır və qanın tərkibindəki xolesterin miqdarını azaldır.

Pomidordan tibbdə istifadə

Pomidor şirəsi mədə yarası və irinli yaraların müalicəsində istifadə edilir. Pomidorun tərkibində olan qlikoalkaloid maddəsi həm bakterisid, həm də antibiotik təsirə malikdir.

Tibb elmində təzə pomidor, pomidor püresi və şirəsi geniş istifadə olunur. Bu qidalar hamilə qadınlar, xəstəlikdən zəifləyənlər və uşaqlar üçün əlavə vitamin, mikroeelement və mineral duzlar mənbəyi kimi məsləhət görülür.

Duz mübadiləsi pozulan xəstələr üçün də pomidor faydalıdır. Pomidor şirəsi və təzə pomidor avitaminozların müalicəsi və profilaktikasında istifadə edilir.

Pomidor kişi potensiyası üçün faydalıdır. Hələ hindu qəbilələrində potensiyanı artırmaq üçün pomidordan istifadə edilirdi. Pomidorlar həqiqətən də cinsiyyət vəzilərinin fəaliyyətinə müsbət təsir edir. Fransızlar əbəs yerə bu tərəvəzi "la pomme de l'amour", yəni sevgi alması adlandırmırlar.

Pomidor xərçəngdən xilas edir. Tibb işçiləri uzun illər təcrübə apararaq əminliklə bildirirlər ki, gündəlik qida rasionuna təzə pomidor əlavə etmək bədxassəli şişlərin yaranma riskini azaldır. Bu isə pomidorun tərkibində olan karotinoid və likopen sayəsində mümkün olur.

Pomidorun ziyanı

Pomidor ziyanlı allergendir. Allergiya pomidorun insan orqanizminə vura biləcəyi ən böyük ziyandır. Qida allergiyasından əziyyət çəkən insanlara pomidor yemək qadağan edilir və ya qida rasionunda pomidoru minimuma qədər azaltmaq məsləhət görülür.

Podaqra və böyrəklərin kəskin xəstəliyindən əziyyət çəkən insanlar da pomidordan imtina etməlidir.

Pomidorlar daşları böyrəklərə tərəf "qovur". Böyrək daşı xəstəliyindən əziyyət çəkənlərə pomidor yemək olmaz.

Pomidor hipertoniyaya səbəb olur. Hipertoniklər, böyrək və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə konservləşdirilmiş, marinadlaşdırılmış və şorabaya qoyulmuş pomidor yemək olmaz. Bu ərzaq məhsulları böyrəklərdə və sidik kisəsində daş yaranmasına səbəb olur. Məlum olduğu kimi, bütün şoraba və marinad məhsulları bir çox xəstələrə qadağan edildiyi üçün istənilən insan şorabaya qoyulmuş pomidor qəbul edərkən diqqətli olmalıdır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: