Neynirsən necəyəm nəcədir halım
Yaxşıdır yamandır nədir əhvalım
Burax fikirlərlə tənha tək qalım
Mən yoxam soruşma nəyinə lazım.
Bitirdim sən adlı yazını belə
Uşaq deyiləm ki tutasan dilə
Gözümdə görünən yaşı kim silə
İşimə qarışma nəyinə lazım .
Zülmətli gecənin ulduzu sanma
Oduma nə alış,nədəki yanma
Məni mənsizlikdə düşünüb anma
Haqqımda danışma nəyinə lazım.
Talehin qisməti beləymiş yəqin
Buda bir hökmüymiş bicarə eşqin
Üzümə gəlməki peymanın əhdin
Deməyə calışma nəyinə lazım.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV