Qələm əllərimdə titrədi əsdi,
Könlümü həsrətin küləyi kəsdi,
Yazdım hey sevgidən bu nə həvəsdi,
Düşüncəm bir başqa,özüm tam başqa.
Qar yağdı eşqimin dağı ağardı ,
Qəlbim üsyan etdi,fəryad qopardı,
Coxusu adımı Məcnun cağırdı,
Görüncəm bir başqa,özüm tam başqa.
Yazdım sətirlərdə qaldı izlərim,
Kövrəldim pünhanca doldu gözlərim,
Vaxt gələr yadigar qalar sözlərim,
Sönməzəm bir başqa,özüm tam başqa.
MÜƏLLİF: SEYMUR SÖNMƏZ PAŞAYEV