Yeni elmi araşdırma göstərib ki, balaca uşaqlar kiçik mükafatlar aldıqları təqdirdə daha çox tərəvəz istehlak edirlər. Valideynlərin bildiyi kimi, uşaqlara tərəvəz yeməyi öyrətmək çətin məsələdir.
Nİderland Qida sağlamlıq və təhlükəsizliyi İnstitutunun alimləri uşaq rasionuna tərəvəzləri düzgün daxil etməyin yollarını araşdırıb.
"Tərəvəzləri erkən yaşlardan rasiona daxil etmək vacibdir"
Müvafiq proqrama bir yaşdan dörd yaşa qədər 600-ə yaxın uşaq cəlb olunub. B. van Belkom həmkarları ilə birgə onları təsadüfi seçim yolu ilə üç qrupa bölüblər: təsir/mükafat, təsir/mükafatsız və təsirsiz/mükafatsız nəzarət qrupu. İlk iki qrupa daxil olan uşaqlara üç ay ərzində hər gün uşaq bağçasında müxtəlif tərəvəzlərin dadına baxmaq təklif olunub. Eyni zamanda, birinci qrupdakı uşaqlara əyləncəli mükafatlar: stikerlər və ya oyuncaq taclar təklif edilib.
Tədqiqatın ilk və son mərhələsində alimlər tərəfindən tərəvəzlərin dadına baxmaq hazırlığı ölçülüb, maksimal olaraq 12 bal verilib. İlkin testləşdirmə çərçivəsində, qrupdan asılı olmayaraq, uşaqların tərəvəzlərin dadına baxmaq hazırlığı altı bal ilə məhdudlaşdırılıb. Nəzarət qrupu aşağı nəticələr göstərib, mükafat almayan qrupda göstərici dəyişməz olaraq qalıb və mükafat alan qrupda yeddiyə çatıb. Xanım van Belkom deyir ki, mükafatlarla birlikdə körpələrə müntəzəm olaraq tərəvəzlər təklif edildikdə, onlar yeni variantları daha tez-tez dadmağa hazır olurlar.