Qeydiyyat

Yaddaşı gücləndirmək üçün ən yaxşı 3 İÇKİ

382


Açarların hara qoyulduğunu unutmaq və ya hansısa xatırlanmayan söz adətən yaşlanma prosesinin normal bir hissəsidir.

Əslində, yaddaş zəifliyi olduqca geniş müşahidə olunan haldır, çünki orqanizm yaşlandıqca beyin bir çox dəyişikliklərə məruz qalır.

Yaddaş itkisinin daha ciddi səbəbi olması ehtimalı həmişə var, bu da həkimə müraciət etmək üçün səbəbdir. Ancaq cüzi koqnitiv dəyişikliklər yaşanırsa, kömək etmək üçün gündəlik qida rasionunda bəzi dəyişikliklər etmək olar.

Amerikalı dietoloq Emi Qudson da beynin fəaliyyətini güclndirən və yaddaşı yaxşılaşdıran içkilərin adını açıqlayıb.

Mütəxəssisin fikrincə, yaşa bağlı yaddaş pozulması ilə mübarizə aparmaq üçün qəhvə və yaşıl çay lazımdır.

Onun sözlərinə görə, bu içkilər zehni geriləmədən qoruya, həmçinin Altsheymer və Parkinson xəstəlikləri riskini azalda bilən polifenollar və antioksidantlarla zəngindir.

Qudson nar şirəsinini də son dərəcə faydalı olduğunu bildirib. O, qeyd edib ki, bəzi hallarda bu içki yaşıl çaydan dörd qat daha çox antioksidan ehtiva edə bilər.

"Nar həm də güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir və buna görə bədəndə xroniki iltihabı azaltmağa kömək edir", - deyə o, bildirib.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: