Qeydiyyat

Yaddaşı gücləndirmək üçün 7 MƏSLƏHƏT

484



Saglamolun.az oxucularına tanınmış fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edir.

Yaddaşı gücləndirmək üçün nə etməliyik və niyə bizim hafizəmiz zəifləyir, diqqətimiz azalır. Bütün bu halların qarşısını almaq üçün bir neçə məsləhətə əməl etmək lazımdır:

Öncə qanda hemoqlobin səviyyəsini yoxlatmaq yaxşı olar, çünki qanazlığında belə hallar ola bilər. Əgər anemiya varsa, 10 ədəd limonun şirəsini, 1 kiloqram çuğunduru 1 kiloqram balın içinə kağız kimi nazik doğrayıb qarışdırın. 1 həftəsoyuducuda gözləyin, gündə 1 dəfə qarışdırın, sonra süzün, gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı için.

Həddən artıq yemək beyinə axan qanın azalmasına səbəb olur, buna görə acmamış yeməyin, doymamış süfrədən durun. Həftədə 2 dəfə oruc tutulması beynin qidalanmasını yaxşılaşdırır.

Gündə 2 stəkan kök şirəsi yaddaşı inanılmaz dərəcədə gücləndirir.

Başdan hicama yaddaşsızlıq və diqqət zəifliyi üçün möhtəşəm bir vasitədir, eyni zamanda baş ağrılarını götürür, görməni yaxşılaşdırır, əzbərləmə qabiliyyətini gücləndirir.

Gündə 2 dəfə 1 xörək qaşığı balı 1 stəkan çiy suya qarışdırıb şərbət halında içə bilərsiniz.

Həzrəti Əlidən möhtəşəm bir resept: 1 qram zəfəran 4 yerə bölünür, bölünmüş hissədən bir hissə götürüb yarım stəkan isti suya qarışdırılıb 12 saat gözlənilir, sonra stəkan tam dolana qədər süd əlavə edilir, səhər yuxudan duran kimi məhlul içilir və zəfəranlar yeyilir. İçəndən ən azı yarım saat sonra yemək yeyilməlidir.

Yaddaş məcunu:

- Zəncəfil tozu - 40 qram

- Qinko Biloba yarpağı tozu - 40 qram

- Çiçək tozu - 40 qram

- Yapon saforası çiçəyi tozu - 40 qram

- Jenşen kökü tozu - 40 qram

- Bal - 1 kq

Bitkilər qurudulmuş olmalı, toz formasına salınmalı və bal ilə yaxşı-yaxşı qarışdırılmalıdır. Böyüklər gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı, uşaqlar yarım çay qaşığı qəbul etməlidir. Xatırladım ki, imtahana hazırlaşan yeniyetmələr üçün çox faydalıdır.

Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: