Beyin nə ilə qidalanır?Düzgün qidalanmaq sadəcə orqanizmin yox beyinin də düzgün işləməsini təmin edir
İngiltərənin Daily Mail qəzeti, zəkanı və yaddaşı gücləndirən, əhval ruhiyyəni yaxşılaşdıran və diqqəti artıran pəhriz araşdırmalarını bir araya gətirib. Beyinin ehtiyac duyduğu qidalar bunlardır:
Omeqa 3 yağları, "beyinin qidası" kimi tanınır və diqqəti toplamaq üçün faydalıdır. Cəviz, balqabaq, balıq yağının tərkibində bol miqdarda var.
Beyin hüceyrələrinin öz aralarında məlumatı ötürmə və beləcə diqqəti artırmaq üçün oksigenə ehtiyacı var. Buna görə də tez-tez açıq havada gəzmək faydalıdır.
Zülal baxımından zəngin qidalar, "xoşbəxtlik hormonu" kimi tanınan dopaminin ifrazını artırır və əhval ruhiyyəni yaxşılaşdırır. Mütəxəssislər, soya, qırmızı ət, yumurta və badam yeməyi məsləhət görür.
Hər gün 3 dəfə eyni saatda yemək yemək də diqqəti artırır. Boş vaxtlarınızda tum və ya cəviz də yeyə bilərsiniz.
Lazımi miqdarda içilərsə qəhvə də beyin üçün faydalıdır. Qəhvə, beyinin daha sürətli işləməsinə kömək edir. Bunun üçün tək dozada espresso kifayətdir.
Yaddaşı gücləndirmək üçün də brokoli, kələm və gül kələmi kimi tərəvəzlər faydalıdır. Mütəmadi olaraq yumurta yedikdə, yaddaş güclənir.