ABŞ-ın tanınmış həkim diyetoloqu Best arıqlamaq üçün mağazada satılan xüsusi dietik içkilərdən tam imtina etməyə səsləyib.
Artıq çəkidən azad olmağa kömək edəcək faydalı içkilərin adını açıqlayıb.
O, qida və içməyi əvəz edən smuzilər hazırlamağı tövsiyə edib.
Smuzi elə hazırlanmalıdır ki, onun tərkibində 20 qram təmiz zülal və 5 qram lif olmalıdır.
"Əgər smuzizə bunlar olmasa, qanda şəkəri yüksəldib, əksinə aclıq hissini artıra bilər.
Eləcə də hər yemək qəbulundan yarım saat əvvəl bir stəkan su içəndə, gün ərzində daha az kalori tələbatı olur.
Yaşıl çay arıqlamağa kömək edən içkidir. O, maddələr mübadiləsini 10% sürətləndirir.
Hazır satılan dietik içkilər isə bağırsaq mikroflorasını pozur, qarında köp yaradır".