Müğənni Səidə Dadaşova mərhum ifaçı Aslan Hüseynovla bağlı xatirələrini bölüşüb.
Sənətçi bu haqda "7 Canlı" verilişində danışıb. Səidə Aslanın mahnılarını oxuyan sənət adamlarına qadağa qoyduğunu açıqlayıb:
"Aslan olmasa da onun ailəsinə zəng edirəm. Çox insanlara imkan verməyəcəm onun mahnılarını oxumağa. Yalandan sağlığında dostunam, "mənəm-mənəm" deyənləri yoxluğunda gördüm. Əgər nəsə istəyirsinizsə, bunu fikrinizdən çıxarın".
Səidə müğənni Rüfət Axundovun onun mahnısını oxumasına "Rüfət ortaq dostumuz idi. Mən bilirəm ki, Aslan kimə qadağa qoyub, kimə yox" reaksiyasını verib.
Qeyd edək ki, A.Hüseynov avtomobil qəzasında dünyasını dəyişib.