Estoniya hökuməti Ukraynadakı xüsusi əməliyyata dəstək verən rus sənətçilərinə beş il müddətinə ölkəyə giriş qadağası tətbiq edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qadağa bu il Tallində konsertlərlə çıxış etməli olan Filip Kirkorov və Polina Qaqarinaya aid olunub.
"Filip Kirkorovun 2022-ci il aprelin 22-dən 2027-ci ilin aprelinə qədər Estoniyaya girişi qadağan edilib. Kirkorovun konserti mayın 27-də Tallinndə keçirilməli idi. Sentyabrın 23-də konserti planlaşdırılan müğənni Polina Qaqarinanın da ölkəyə girişinə 5 il qadağa qoyulub. Bu sənətçilər Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyiblər",- deyə qeyd olunub.