Qeydiyyat

Nigar Camal İkinci dəfə ailə qurmasını istəyərəm

1 522
Nigar Camal İkinci dəfə ailə qurmasını istəyərəm


Nigar Camal İkinci dəfə ailə qurmasını istəyərəm

Müğənni Nigar Camal bu dəfə anası Səidə xanımla fotokameramız qarşısına keçib.

Səidə xanım qızından danışıb. O, Nigarın sevdiyi və sevmədiklərini açıqlayıb:

"Nigar çox təmizkar qızdır. Evdə hər şey yerində olmalıdır. Dalaşmağı yoxdur, amma hər yer çirkli olanda xoşlamır. Balığı heç sevmir və yemir. Nigarin gözəl əl qabiliyyəti var, dadlı yeməklər bişirir. Çox iş görmür, çünki evimizdə işləyən var.

Uşaqlarına qarşı çox ciddidir. Nəvələrim Londonda yaşasalar da, Bakını çox sevirlər. Zavod çörəyi xoşlayırlar. Nigar tələbkar anadır. Onlardan hər zaman dərslərini oxumalarını və bir-biri ilə mehriban olmalarını tələb edir. Onlara bizim mentalitetimizə xas olan mehribançılığı öyrətməyə çalışır".

Səidə xanım sosial şəbəkədə qızına yazılan tənqidlərdən danışıb. o bildirib ki, mənfi fikirlər onu da incidir:

"İnsanı tanımırlar, onlara lazımsız nələrsə yazırlar. Bu qədər tənqidçi olmasınlar. Məni üzən şərhlər çox olub. Tək Nigara yox, bütün tanınmışlara qarşı belə sərtdilər. Nigara qarşı haqsız davranırlar. Anası olduğum üçün demirəm, Nigar çox mehriban, yaxşı qızdır. Ona görə də yazan insanlar gərək adamı tanısınlar. Mənim

Qızım çox çətin bir peşədədir. Müğənni olmaq asan deyil. Gərək hər zaman gözəl görünəsən, pozitiv olasan".

Səidə xanım N.Camalın şəxsi həyatından söz açıb. O, övladının yenidən ailə qurmasını arzuladığını deyib:

"Nigarla mən eyni kimiyik. Hər sözünü, addımını mənə danışır. Mənim bacım kimidir. Bəzən düşüncələrimiz də eyni olur.

Şəxsi həyatına qarışmıram. Öz seçimidir, amma mən də ikinci dəfə ailə qurmasını istəyərəm. Niyə qurmasın, cavandır, qəşəngdir".


Nigar Camal İkinci dəfə ailə qurmasını istəyərəm
Nigar Camal İkinci dəfə ailə qurmasını istəyərəm
Nigar Camal İkinci dəfə ailə qurmasını istəyərəm
Nigar Camal İkinci dəfə ailə qurmasını istəyərəm
Nigar Camal İkinci dəfə ailə qurmasını istəyərəm
Nigar Camal İkinci dəfə ailə qurmasını istəyərəm
Bolme: Sou Biznes
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: