"Aylıq maaşı olanları çıxmaq şərtilə elə bil digərlərinə həyat dayanıb. Dekabr ayından bu tərəfə demək olar ki, ölkədə nə kino çəkilir, nə də reklam. Ondan əvvəl də vəziyyət ürəkaçan deyildi".
Bu sözləri sosial şəbəkə hesabında model və aktyor Rüstəm Cəbrayılov paylaşıb.
O hazırda yaşadığı çətinliklərdən bəhs edib:
"Nə edək? Biz də aylıq maaşı olan iş tapıb, 16 illik əziyyətimizin bəhrəsini görmədən bu sahənin səhifəsini bağlayaq? Mədəniyyət Nazirliyinə də yazmışam. Kiçik bir qığılcım da yoxdur. Mən bir vətəndaş kimi öz sahəmdə 98 ölkə içərisində "Best model of the World" ( Dünya birincisi) seçilmişəm, bir azərbaycanlı olaraq Nyu-York, Fransa, İtaliya kimi ölkələrdə seçilən biri, 5 önəmli filmdə baş rol oynamışam və daha nələr-nələr...
Bundan artıq nə etmək lazımdır ki, bizə də, bu sahəyə də diqqət edən olsun. Teatra işə girmək çox çətindir. Bacarmırsız, çəkilin kənara, ya da bacaranlara şərait yaradın, bir iş görək də... Ömürdən gedir axı, bu qədər lağ-lağa olar? Mən ömrümü bu sahəyə ayırdım, bu gün yaxşı olmadı, xaricdə çox böyük çəkilişlərdə oldum, dəb həftələrində iştirak etdim, çox məşhur insanlarla çalışdım, təcrübə topladım. İndi də 35 yaşım var, məni hansı qurum işə qəbul edər? Nifrətim hər keçən gün güclənir".