Hollivud ulduzu Conni Depplə keçmiş həyat yoldaşı amerikalı aktrisa Amber Heard arasında Virciniya ştatında gedən məhkəmə prosesi fonunda bir çox tanınmış sima aktyorun haqlı olduğunu müdafiə edib.
Onlardan biri də tanınmış model Ayrlend Bolduin olub. O, bu barədə instaqram hesabında paylaşım edərək yazıb:
"Onun kimi qadınları tanıyıram. Soyuqdurlar, qurbanı təsvir etmək üçün qadın cinsindən istifadə edirlər və bütün dünyaya qarşı kişini pisləyirlər. Çünki elə bir cəmiyyətdə yaşayırıq ki, kişilərin necə pis olduğunu söyləmək çox xoşdur. Amber Heard dəhşətli insandır. Ümid edirəm ki, Conni öz reputasiyasını və həyatını qaytarar. Və o, "Dəniz quldurları" haqqında daha beş filmdə rol alar".
Xatırladaq ki, məhkəmə 6 həftə davam edəcək. Məhkəmədə Amberlə münasibətdə olan "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Mask və aktyor Ceyms Franko dindiriləcək.
Qeyd edək ki, Ayrlend aktyor Alek Bolduinlə Kim Beysinqerin qızıdır.