Böyük bədən ölçüsü ilə tanınan model Tess Holiday instaqramda yeni fotolarını paylaşaraq son vaxtlar çəkisi ilə bağlı problemlərinin artdığını yazıb.
Model çəkisi ilə əvvəlki qədər xoşbəxt ola bilmədiyini etiraf edib:
"Düzünü desəm, indiki kimi öz bədənimi qəbul etməkdə heç vaxt belə çətinlik çəkməmişəm. Bu, məni yorur. Məni hər zaman şən görürsünüz, amma bəzən evdən çıxmaq üçün özümdə güc və enerji tapmaq çətin olur.
Son vaxtlara qədər həmişə şəkil çəkdirmək istəyən qız olmuşam. Amma uzun müddətdən sonra ilk dəfədir ki, baxanda özümə qarşı mehriban ola bilərəm. Hələ də üzərində işləyirəm".
Qeyd edək ki, keçən il modelə qidalanma nizamsızlığı diaqnozu qoyulub.