"Elə bil təyyarədə deyillər, bazardakı kimi qışqırırlar".
"İlahi, ayağım Bakı torpağına dəyməmiş, mən "öz xalqımızın" bütün gözəlliklərini hiss edə bildim".
bu barədə şəxsi Facebook profilində Dubaydan, "Queen of USSR" gözəllik müsabiqəsindən qayıdan azərbaycanlı model Kristina Zamir bildirib.
Bakıya qayıtdıqdan sonra model dərhal qeyd edib ki, "bizim ölkəmiz hər il daha da avropalaşır, bəziləri isə elə qoyun gəlib, qoyun gedəcəklər..."
"A-lya şanel" və Adidas krossovkalara, üzdəki bir ton kosmetikaya baxmayaraq... Elə bil təyyarədə deyillər, bazardakı kimi qışqırırlar, elə bil ətlərini kəsirlər... Elə istədim ki, qayıtmayam... Mən bütün bunlardan yadırğamışam", - deyə K. Zamir yazıb.
Qeyd edək ki, Facebook-da dərc etdiyi son məlumata görə, K. Zamir hazırda özünü "Miss Azerbaijan" müsabiqəsində aparıcı qismində sınayır.