Qeydiyyat

Bədnəzər duası...

636


Ərəbcə

وَإِن يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ اِنَّهُ لَمَجْنُونٌ وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ
مَا شـآءَاللهُ لا قُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ

Oxunuşu

Və in yəkadulləzinə kəfəru ləyuzliqunəkə biəbsarihim ləm-ma səmiuz zikr, və yəqulunə innəhu ləməcnun, və ma huvə illa zikrul lil aləmin.
Ma şaəllahu la quvvətə illa billahil əliyyil əzim.

Tərcüməsi

Bu məqsədlə

Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): "O divanədir!" - deyirlər. Halbuki bu (Quran) aləmlərə (insanlar və cinlərə) ancaq bir öyüd-nəsihətdir!

ayəsi oxunsun.

İmam Sadiqdən (ə) rəvayət olunmuşdur ki, əgər bir şəxs özünün başqasına və yaxud başqasının ona bəd nəzər etməsindən qorxsa, üç dəfə desin:

Allahın istədiyi mütləq gerçəkləşir. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.

Yenə də nəql olunmuşdur ki, hər kəsin yaxşı bədəni və qiyafəsi olsa, evdən çıxanda, "Fələq" və "Nas" surələrini oxusun. Mütəal Allahın iznilə ona heç bir ziyan yetirilməz.

Həmçinin bəd nəzər üçün göstəriş verilmişdir ki, əllərini üzünün qarşısında saxlayıb "Həmd", "İxlas", "Fələq" və "Nas" surələrini oxuduqdan sonra əlini alnına çəksin.
Bolme: Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: