Orucu batil edənlər
Sual: Yeməyi dadmaq orucu batil edərmi?Cavab: ütün müctəhidlərin rə`yi: Əgər onu udmazsa eybi yoxdur.
Sual: Damaq xəstə olduğuna görə ondan bir az qan gəlir. Bə`zən özündən ixtiyarsız onu udur. Orucu batildirmi?Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər bilmədən və özündən ixtiyarsız udarsa, orucu düzdür.
Sual: Bə`zən damaqdan qan gəlir və ağız suyu ilə qarışır. Onu udduqda oruc batil olurmu?Cavab: Bütün müctəhidlərin rə`yi (Təbrizi, Safi və Nuridən başqa): Əgər damaq qanı ağız suyunda həll olarsa, onu udmaq orucu batil etmir.
Təbrizi və Safi: Əgər damaq qanı ağız suyunda həll olarsa, vacib ehtiyata əsasən udmasın və tüpürsün.
Nuri: Ağız suyu ilə həll olarsa da onu udmağa icazə yoxdur.
Sual: Gündəlik diş arasında qalan yeməyi udduğunu bilən və ya ehtimal verən şəxsə səhər çağı dişlərini fırçalamaq lazımdırmı?Cavab: İmam Xomeyni, Xamenei və Təbrizi: Əgər ehtimal həddində olarsa, eybi yoxdur. Amma gündə bir qırıntının udulmasını bilərsə, gərək dişlərini fırçalasın. Əgər bunu etməzsə və ondan bir qırıq udarsa, orucu batil olar. Əgər udmazsa, vacib ehtiyata əsasən, gərək onun qəzasını tutsun.
Behcət, Təbrizi, Sistani, Safi və Fazil: Ehtimal həddində olarsa, eybi yoxdur; amma gündə ondan bir qırıq udduğunu bilərsə, gərək dişlərini ya xilal, ya fırça ilə təmizləsin. Əgər bunu etməzsə orucu batildir. (Ondan bir qırıq udmasa da.)
Məkarim: Əgər ehtimal edərsə, eybi yoxdur. Amma gündə ondan bir qırıq udduğunu bilərsə, vacib ehtiyata əsasən, gərək dişlərini fırçalasın və unudub bir şey udarsa orucu batildir, ramazan ayından sonra qəzasını tutmalıdır.
Vəhid: Əgər ehtimal edərsə, eybi yoxdur. Amma gündə ondan bir qırıq udduğuna əmin olarsa, gərək dişlərini təmizləsin. Bu işi etmədikdə və bir şey udduqda orucu batil olar.
Sual: Oruc tutan şəxs unutmaq nəticəsində bir şey yeyərsə, onun yadına salmaq vacibdirmi?Cavab: Bütün müctəhidlərin rə`yi: Xeyr, ona demək vacib deyil.
Sual: Oruc tutan şəxsin qarqara etməsinin hökmü nədir?Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər qarqara edən zaman su boğazdan aşağı gedərsə, orucu batil olar.
Sual: Saqqız çeynəməyin oruc tutan şəxs üçün hökmü nədir?Cavab: Bütün müctəhidlərin rə`yi: Eybi vardır.
Sual: Bəlğəmi udmaq orucu batil edirmi?Cavab: (Behcət və Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Bəlğəmi udmaq, nə qədər ki, ağızın fəzasına çatmayıb eybi yoxdur; amma ağız fəzasına çatarsa, vacib ehtiyat budur ki, onu udmasın.
Behcət: Bəlğəmi udmaq oruc olmayan günlərdə əgər adi bir iş olarsa və ağız fəzasına çatmazsa, eybi yoxdur, amma ağız fəzasına çatarsa, vacib ehtiyat budur ki, onu udmasın.
Sistani: Bəlğəmi udmağın (ağız fəzasına çatmasına baxmayaraq) eybi yoxdur, amma ağız fəzasına çatarsa, müstəhəb ehtiyat budur ki, onu udmasın.
Qeyd: Ağız və boğaz fəzasının səddi "x" hərfinin məxrəcidir.
Sual: Ramazan ayında həkimin oruc tutan şəxsin dişini doldurmasının hökmü nədir?Cavab: Bütün müctəhidlərin rə`yi: Ramazan ayında diş həkimləri üçün diş doldurmaq, müalicə etmək və diş çəkməyə icazə vardır. Oruc tutan şəxs qanın və aparat vasitəsi ilə ağıza ötürülən suyun udulmamasına əmindirsə, bu iş caizdir.
Sual: Oruc halında diş pastası ilə diş fırçalamağın eybi varmı?Cavab: Bütün müctəhidlərin rə`yi: Xeyr, eybi yoxdur. Amma gərək ağız suyunun içəri daxil olmasının qarşısı alınsın.
Sual: Oruc halda tərkibində florayd və nanə tamı (dadı) olan diş təmizləyən sapdan istifadə etməyin hökmü nədir?Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər ağız suyunu udmazsa, eybi yoxdur.
Sual: Ramazan ayı oruc halda iynə vurdurmaq olarmı?Cavab: İmam Xomeyni, Behcət və Xamenei: Əgər iynənin gücləndirici və qidalandırıcı tə`siri olarsa, vacib ehtiyata əsasən, bu işi etməkdən çəkinməlidir. Amma əgər iynənin müalicəvi (dərman) və ya hansısa bədən üzvünü keyləşdirmə tə`siri olarsa, qəbul etməyin eybi yoxdur.
Fazil: Əgər iynənin gücləndirici və qidalandırıcı rolu olarsa, gərək onu qəbul etməkdən çəkinsin. Amma müalicəvi və bədən üzvünü keyitmək xassəsi olarsa, onu qəbul etməyin eybi yoxdur.
Məkarim: Əgər iynənin müalicəvi, gücləndirici və qidalandırıcı rolu olarsa, vacib ehtiyata əsasən gərək onu qəbul etməkdən çəkinsin. Amma keyidici rolu olarsa, eybi yoxdur.
Təbrizi, Sistani, Safi, Nuri və Vəhid: Müalicəvi, gücləndirici, qidalandırıcı və bu kimi başqa iynələr qəbul etmək orucu batil etmir.
Sual: Ramazan ayı oruc halda bədənə sistem köçürməyin hökmü nədir?Cavab: İmam Xomeyni, Təbrizi, Xamenei, Məkarim və Vəhid: Vacib ehtiyata əsasən, gərək bədənə sistem köçürməkdən çəkinsin. İstər gücləndirici və qidalandırıcı, istərsə də müalicəvi tə`sirli iynə olsun.
Sistani, Safi, Nuri: Gücləndirici, qidalandırıcı və müalicəvi tə`sirinə baxmayaraq, bədənə sistem köçürmək orucu batil etmir.
Fazil: Bədənə sistem köçürmək əgər gücləndirici və qidalandırıcı olarsa, ondan çəkinməlidir. Amma müalicəvi və bu kimi başqa tə`sirə malik olarsa, eybi yoxdur.
Behcət: Bədənə sistem köçürmək orucu batil edir.
Sual: Gözə dərman (göz dərmanı) tökmək orucu batil edirmi?Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər tökülən dərman həlqə (yeməyin ağızdan mədəyə keçdiyi hissəyə) çatsa və ya çatmasa, içəri daxil olmazsa, orucu batil etməz.
Sual: Mübarək ramazan ayında şampun, vitaminli krem və pomadadan istifadə etməyə icazə varmı?Cavab: Bütün müctəhidlərin rə`yi: Qeyd olunan işlərdən heç biri orucu batil etmir. Amma pomadadan elə istifadə etməlidir ki, ağıza daxil olmasın və içəri ötürülməsin.
Sual: Ramazan ayında oruc tutan şəxsin ətirdən istifadə etməsinin hökmü nədir?Cavab: Bütün müctəhidlərin rə`yi: Ətirdən istifadə etmək oruc tutan şəxs üçün müstəhəbdir. Amma ətirli bitkiləri qoxulamaq məkruhdur.
Sual: Oruc tutan şəxsin qan hədiyyə etməsinin hökmü nədir?Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər qan vermək bədənin zəifləməsinə səbəb olarsa məkruhdur.
Sual: Oruc halda başı su kranının altında yumağın hökmü nədir?Cavab: Müctəhidlərin rə`yi: Başı suyun altına bir dəfə tam salmaq orucu batil edir. Amma duş və su kranının altında baş yumağın eybi yoxdur.
Sual: Su altına məxsus skafandrdan istifadə etməklə suya batan şəxslərin orucunun hökmü nədir?Cavab: Bütün müctəhidlərin rə`yi: Baş əgər sudan mühafizə edən bir örtükdədirsə, oruc batil olmur.
Sual: Əgər oruc tutan şəxs ürək bulanması səbəbindən qusarsa, onun orucunun hökmü nədir?Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər özündən ixtiyarsız olarsa, eybi yoxdur. Amma qəsdən olarsa, oruc batildir.
Sual: Oruc tutan şəxsin su buxarını nəfəs vasitəsilə udmasının hökmü nədir?Cavab: Bütün müctəhidlərin rə`yi: Hamam suyunun buxarı orucu batil etmir.
Sual: Oruc halda siqaret və tənbəki çəkməyin hökmü nədir?Cavab: Bütün müctəhidlərin rə`yi: Vacib ehtiyat budur ki, oruc tutan şəxs siqaret və tənbəki tüstüsündən qorunsun.
Sual: Oruc tutan şəxsin boğazına nəqliyyat vasitəsinin tüstüsü daxil olarsa, onun orucu batil olarmı?Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər qalın tüstünün boğaza çatmaması inamı ilə nəqliyyat vasitəsinin kənarında durarsa və tüstü qəfil surətdə boğazına çatarsa, orucu düzdür.
Sual: Müalicə üçün aerazol cihazından istifadə etmək (yə`ni onu nəfəs vasitəsi ilə qəbul etmək) orucu batil edərmi?Cavab: (Behcətdən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər buxar qatı halda olarsa, vacib ehtiyata əsasən, onu boğazına çatdırmamalıdır. Əgər buxar ağız fəzasına su şəklində toplaşarsa, gərək onu udmasın.
Behcət: Buxar qatı olarsa, gərək boğazına çatdırmasın. Əgər buxar ağız fəzasında su şəklində cəm olarsa, gərək onu udmasın.

Bolme: Islam
Fikirler (0)
Fikir Yaz
Oxsar Xeberler: