Sual: Müstəhəb oruc tutan adam orucunu poza bilərmi? Bu halda öhdəsinə qəza və ya kəffarə gəlir ya yox?Cavab: Müstəhəb oruc insanın boynunda heç bir öhdəlik olmadan, savab qazanmaq məqsədi ilə tutulur. Ona görə də də bu orucu pozmağın cəzası və cəriməsi yoxdur. (Qeyd edək ki, nəzir orucu, yəni Ramazandan başqa bir gün nəzir niyyətilə oruc tutmaq bura aid deyil). Əgər müstəhəb oruc tutan adam gün ərzində özünü halsız hiss etsə, acısa, səfərə çıxsa, orucunu poza bilər. Hətta əgər bir müsəlman dostu onu yeməyə dəvət etsə, yaxşı olar ki, onun könlünü qırmamaq üçün dəvətini qəbul edib orucunu pozsun və dostunun süfrəsindən yemək yesin.