Qeydiyyat

Oruc tutan şəxsin qüslünün batil olması

405


Sual: Əgər bir şəxs ramazan ayı gecəsi cənabətli olsa və sübh azanına yaxın vaxtadək qüslü tə`xirə salsa və sonra təyəmmüm etsə, orucun hökmü nədir?Cavab: Bütün müctəhidlərin rə`yi (Safi və Vəhiddən başqa): Bu fərziyyədə (baxmayaraq qüslü tə`xirə salmaq günahdır) sübh azanından qabaq təyəmmüm edərsə, orucu düzdür.

Safi və Vəhid: Bu fərziyyədə (baxmayaraq ki, qüslü tə`xirə salmaq günahdır) vacib ehtiyata əsasən, təyəmmüm etsin, oruc tutsun və onun qəzasını da yerinə yetirsin.

Sual: Qüsl edərkən ayağının altını yumalı olduğunu bilməyən şəxs dəfələrlə bu qaydada qüsl etmişdir. Onun keçmiş namaz və oruclarının hökmü nədir?Cavab: Bütün müctəhidlərin rə`yi: Suyun ayağın altına çatmadığını bilirsə, gərək qıldığı namazları qəza etsin; amma orucların qəzası yoxdur.

Sual: Bir müddət səhv qüsl etmişəm və həmin qüsllə oruc tutub, namaz qılmışam. Bu halda oruc və namazlarımı qəza etməliyəmmi?Cavab: Bütün müctəhidlərin rə`yi: Orucların qəzası yoxdur, amma gərək namazları qəza edəsiniz.
Bolme: Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: