Sənin
Sevinirəm sən güləndə,
Dərdini mənlə böləndə,
İstəyirəm mən öləndə,
Qollarinda ölüm sənin...
Yanağin bal ağzin püstə,
Qəlbim sənsiz olub xəstə,
Qoy başini dizim üstə,
Tellərini hörüm sənin...
Söylə sənsiz qalim necə,
Duygularim dönub heçə,
Diləyirəm gündüz-gecə,
Gözlərini görüm sənin...
Bir sözüm var gülum sənə,
Əvvəl ki, tək qayit yenə,
Qəlbini aç,daniş mənə,
Dərdlərini bölüm sənin...
Oxsar Xeberler: