Gözəllik qurban tələb edir
Dünya ulduzları əsas üstünlüyü xarici görünüşə verirlər. Ona görə də ideal bədən quruluşuna, dərinin gözəl və təravətli görünməsinə, yaraşıqlı saçlarına və möhkəm dırnaqlara sərf edilən vaxt və pul hədər getmir.
Heç bir maddi çətinlik çəkməyən məşhurlar, artıq bütün kosmetik və müalicəvi vasitələrdən istifadə ediblər, eləcə də bütün elit və eksklyuziv kurortlarda olublar. Artıq ekzotik vasitələrdən istifadənin zamanı gəlib.
Belə ki, əslində çox da cavan olmayan gözəllər Eva Lonqoriya və Madonna kosmetikanın plasentar növündən istifadə edirlər, bu da qırışları tarıma çəkir və dərinin qocalmasının qarşısını alır.
Ancelina Coli min dollara qara kürü alıb və doğuşdan sonra dərisinin tarıma çəkilməsinə sərf edir.
Demi Mur isə vaxtaşırı zəlinin köməkliyi ilə qanını təmizlətdirir.
Xolli Berri əsasən qəhvənin dənəciklərindən hazırlanmış skrab kosmetik vasitənin köməkliyi ilə dərisinə qulluq edir.
Qvinet Peltrou qan dövranın yaxşılaşdırılması üçün özünü tez-tez bankalayır.
Cenifer Eniston və Riz Uizerspun uşaq yeməklərinin onların orqanizminə xeyir gətirməsinə inanır.
Lili Allen uğurla çəkisinin azalmasına görə mübarizə aparır. Son istifadə edən üsullardan biri qipnozdur. Bu yolla o, yemək haqqında düşünməyi belə özünə unutdurur. Cenifer Lav Hitt gözəl bədən fiqurasını bərpa etdikdən sonra, onu müxtəlif kristall daşlı rəsmlərlə bəzəməyi xoşlayır.
Çox uşaqlı ata Mel Qibson mal ətindən istifadə etmir və əhval-ruhiyyəsini saxlamaq üçün tez-tez fermaya baş çəkir.
Belə ki, gözəllik həm qurban, həm də zəhmət tələb edir!