Ürək insan orqanizmasında ən əhəmiyyətli orqanlardan biridir. Biz də bu orqan daha romantik obraz qazansa da, afrikalılarda ağılın mərkəzi ürək hesab olunur.
ürək haqqında qeyri-adi 15 faktı təqdim edir.
1. İnsan ürəyi bir dəqiqə də 72 dəfə, bir gündə 100000 dəfə və 365000000 dəfə bir il ərzində döyünür. Normal həyat limitində isə 2,5 milyarda dəfə döyünməklə öz funksiyasını yerinə yetirir.
2. Mətbəx krantı bütün qüvvəsi ilə işləsə suyu 45 il müddətindən artıq ötürə bilməz, ürək isə qanı fasiləsiz olaraq ötürərək bütün ömrümüz boyu bu işi həyata keçirə bilir.
3. Bir gün ərzində ürəyin sərf etdiyi enerji ilə 32 kilometr yol getmək mümkündür. Bunu bütün həyat boyu sərf edilən enerji olaraq hesablasaq əgər Aya getmək olar.
4. Uşağın ürək döyüntüləri ana bətnində artıq 4 həftəliyindən başlayır.
5. Qadın ürəyi daha sürətli döyünür. Bir dəqiqədə 79 dəfə qadın ürəyi, 70 dəfə kişi ürəyi döyünür.
6. Ürək dayanması ürək klapanlarının sıradan çıxması zamanı baş verir.
7. Qədim Misirdə hesab edirdilər ki, ürək vacib orqan kimi mumiyanın daxilində qalmalıdır.
8. Platon belə hesab edirdi ki, fikirlər beyində, ehtiraslar ürəkdə formalaşır.
9. Fransalı həkim Rene Lennak ürəyə sinəyə söykənmədən qulaq asmaq üçün stetoskopu ixtira edib.
10. Ürəyin sağlam işini gülüş təmin edir. Gülüş və gözəl əhval-ruhiyyə onun divarlarını rahatlaşdırır və qan dövranını 20% sürətləndirir.
11. İnsanın təhsili nə qədər yüksəkdirsə, ürək xəstəliyinə yoluxması o qədər uzaq ehtimaldır.
12. Ürək tutmalarına ən çox bayramlarda və bazarertəsi günlərində təsadüf edilir.
13. Ürək elektrik impulsları ötürə bilir, ona görə də insan orqanizmasından kənarda ehtiyat oksigenlə işləyə bilir.
14. Ürəyin digər əzələlərlə müqayisədə daha ağır iş həcmi var.
15. Bu yaxınlarda İsveç alimləri müəyyən ediblər ki, xorda oxuyan insanların ürək ritmləri də eyniləşir.