Sofi Loren iddia edir ki, saç düzümü günün necə keçməsinə, dolayısı ilə də həyatın da necə keçməsinə ciddi təsir edir.
Əfsanəvi aktrisanın bu fikri qulaqda qəribə səslənsə də, onda böyük məna var. Qadınların çoxu cavan görünmək üçün dərisinə ciddi-cəhdlə qulluq edir, bahalı kremlər alır. Amma saçlara qulluq məsələsində tənbəllik edir. Bu da onun olduğundan daha yaşlı görünməsinə yol açır. Halbuki bir neçə gözəllik hiyləsi ilə yaşı gizlətmək mümkündür. Bunun üçün ilk növbədə üzünüzə uyğun saç formasını tapmalısınız.
Qadınları 5 yaş gənc göstərən saç düzümlərini təqdim edirik