Bu mənim 5 il öncəki həyatımdır. Həyatımın hər anını deyil sadəcə onunla keçirdiyim anlarını qeyd etmək istəyirəm.5 il öncə bir sevdiyim vardı. Mən onu oda məni çox sevirdi. Mən onun səsini eşidir, ona toxuna bilirdim. Ama həyatımda bir əngəl vardı ki, gözlərim.Yəni mən kor oluğumdan onu görə bilmirdim. Ancaq o mənə bunu heç vaxt hiss etdirmirdi. O zamanlar mənim 20 yaşım vardı və mən kor olmağıma baxmayaraq özümü çox xoşbəxt hiss edirdim. Hə arada olurdu ki, xəyal edirdim kaş ki, gözlərim bir dəqiqəliyinə açılsa və mən onu görə bilseydim.Ama onunla birlikde olanda heç bunlar yadıma düşmürdü. Onunla vaxtımın çox hissəsini keçirirdim. Hətta gecələr səhərədək telefonla danisırdıq.Düzdü baxışlardan çox şey aslıdır.Ama men onun baxışlarını görməsəmdə onun sözlərində olan o həyəcan onun məni nece sevdiyinə əmin edirdi.Bir dəfə o məni dənizdə gəmiyə mindirdi və mənə dedi ki,: Sən dalğaların səsini eşidirsənsə,Dənizin ləpirlərini hiss edirsənsə deməli mən o Dəniz, səndə mənim ruhumsan.Bu söz mənim cox xoşuma gəldi. O an onu qucaqlayıb səni sevirəm demək istediyimdə əllərimi səhv tərəfə açmışdım.Ona çox pis təsir elədi. Özü məni qucaqlayıb dedi : təki sən həmişə məni belə qucaqlamaq istə onda mən sənin əlin, sözün, nəfəsin belə olaram. Onunla tanışlığımızda çox təsadüfü olmusdu.Biz ailəmlə birlikdə şəhərdən kənarda bir istirahət zonasında idik.Anam bu rayonda çox gözəl bir çay olduğunu dedi men ondan xahiş elədim oda məni ora apardı.Demə oda dostları ilə birlikdə orda idi. Çaydan su götürmək istədim ama heç yadıma belə düşmürdü ki, axı çayın daşları hemişə sürüşkən olur. mənim ayağım sürüşəndə o mənim əlimdən tutub dedi: xanim bilmirsiz ki , belə yerdə ancaq yıxılmaq olar? Mənsə heç nə demədim. Sonra anam oğlum o görmür onu bu tərəfə keçirdin zəhmət olmasa dedi. O da mənə kömək elədi. Sonra elə oldu ki, yemək salonunda görüşdük. O, Məni rəqsə dəvət elədi birinci elə bildim ki, mənimlə zarafat edir axı mən heçnə görmürdüm. Ama o yox doğrudanda menimlə rəqs etmək istəyirdi. Məndə razilaşdım.sonra o mənə sizdən üzr istəyirəm mən görmədiyinizi bilmirdim , Ama menə adınızı desəniz məni çox xoşbəxt edərsiz dedi. Mən ona adımı dedim. Sonra evə qayıdanda o mənə evə zəng vurdu və mən onunla görüşdüm. O, mənə : Bilirsiz mən sizinlə rəqs edəndən fikirləşirəm ki, görəsən elə bir an var ki, sizi düşünməyim. Ama görürəm yox.Mən sizi o andan sevirəm. Sizdən istədiyim heç deyilsə mənimlə sadece dost qalın. Mənsə hə dedim ama dostluğa deyil sevgiyə.Bəziləri musiqiyə, bəzilər sakitlikdə, mənsə onunla danişanda elə bil ruhum sakitləşirdi. Hə elə oldu ki, o əsgərliye getdi. Onsuz günlərim illərə bənziyirdi. Amna ona hiss etdirmirdim darıxmağımı cünki, pis olmasını istəmirdim.Günləri sayırdım ki, tez gelsin. Helə o zamanlarda xaricdən gələn göz həkminə gözlərimi göstərdim və mənim görə bilməm üçün heç bir əngəl yoxdu dedi. Elə oldu ki, mən onun gəlməyinə qədər gözlərim düzəlsin deyə tez əməliyyat oldum.Hə gözlərim həyatı, rəngləri. gömgöy göyləri, yəni her şeyi görürdü. Artıq səbisizliklə onu görəcəyim günü gözləyirdim. Ama gəlməyinə bir iki gün qalmış ondan bir xəbər ala bilmədim.Sonra anam sən xəstəxanada olanda onun şəhid olduğunu öyrəndik dedi. Bunu eşidəndə təkcə həyatım deyildə bütün qelbim qara geyindi. Mən gözlərimin gördüyünə belə sevinə bilmirdim.Mən helədə onun üçün darıxıram.Hətta arada gözlərimi bağlayıb onun sözlərini yadıma salıram.Mən indidə istərdim ki, onu məndən alan həyatı görməydənsə onun yanında olub kor olardım.Çünki, illər keçsədə mən bütün gözəllikləri görsəmdə yenədə onun SƏNİ SEVİRƏM sözünə möhtacam.
Və başa düşdüm ki, insan bəzən kor həyatada möhtac ola bilirmiş.
Ps:xaiş edirəm oxumamış şərh yazmayın...zəhmət olmasa...təşəkkürlər indidən...