Qeydiyyat

Gün yandırma; əlamətləri və müalicəsi

1 235
Gün yandırma; əlamətləri və müalicəsi


Dərinin qaralması yanlız kosmetik baxımdan deyil, sağlamlıq baxımındanda orqanizmə faydalıdır. Amma günəş şüaları qəbul edən hər bir kəs, onun dəriyə verdiyi zərərləri də nəzərə almalıdır. Normadan artıq gün şüası qəbul etmək dəridə yanıqların əmələ gəlməsinə səbəb olur. Yanıqlar adətən günorta vaxtı düz düşən gün şüaları altında uzun müddət dayanan adamların dərisində baş verir.
Gün şüaları qəbul edən adam bu prosesə diqqətlə yanaşmalıdır. Dəridə keyişmə, qaşınma, yanma hiss edilən kimi günün altından kənarlaşmalıdır. Əks tədqirdə dəridə yanıqlar əmələ gələ bilər. Dəridə yanıqların əmələ gəlməməsi üçün gün vannası qəbul edən şəxslər aşağıdakı qaydalara əməl eləməlidirlər:
1. Gün vannasını qəbul etməyə 20 dəqiqədən başlayaraq tədricən artırmalıdırlar.
2. Düz düşən gün şüalarının altında dayanmamalıdırlar.
3. Gün vannası qəbul edərkən vaxtı düzgün seçməlidirlər. Ən yaxşı vaxt 16.00-dan sonra sayılır.
4. Həssas dərisi olan adamlar xüsusi günəş kremlərindən istifadə etməlidirlər.

Günün tam qızmar vaxtında gün vannası qəbul etmək olmaz. Ölkəmizin yerləşdiyi iqlim qurşağı bizə günəşdən faydalanmaq fürsəti verib. Bundan zərərsiz istifadə etmək lazımdır.
Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: