Qeydiyyat

Çayın faydaları və zərərləri

1 272
Çayın faydaları və zərərləri


Çayın faydaları və zərərləri

Çay min bir dərdin dərmanıdır. Ancaq artıq və vaxtsız içilən çay insan orqanizminə mənfi təsirsiz ötüşmür. Məsələn, səhər yeməyində yumurta ilə çay içmək yerinə meyvə suyu qəbul etmək daha məqsədəuyğundur. Çünki çayda olan bəzi maddələr qidadan alına biləcək dəmirin miqdarını azaldır.

Gün ərzində çox çay qəbul etmək əsəb pozğunluğu, qəbzlik, yüksək təzyiq, əl əsməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərə ziyan vura bilər. Həddindən artıq şəkərli çay içmək isə ürək damar, köklük kimi xəstəliklərə yol açır. Şirin çaydan əl çəkə bilmirsinizsə, dadlandırıcılardan istifadə edə bilərsiniz. Ümumiyyətlə isə gün ərzində 4 fincandan artıq və tünd çay içməkdən çəkinin. Əlavə hər bir fincan çay isə bir stəkan su ilə əvəz edin.
Kiçik qaydalara riayət etsəniz, çayın faydaları arta bilər.

Məsələn: Çay xərçəng riskini azaldır. Xüsusilə ağciyər, bağırsaq və dəri xərçəngini.

Ağır və yağlı yeməklərdən bir saat sonra içilən çay həzmi asanlaşdırır.

Çaya rəng verən birləşmələr damar çəpərlərini gücləndirir. Başda beyin qanaması olmaqla hər cür qanama riskini azaldır. Qan dövranını yaxşılaşdırır.

Diş minasını qüvvətləndirir. Diş əti xəstəliklərinə qarşı müqavimət yaradır.

Bədəndəki zərərli maddələri yox edir.

Böyrəklərin daha yaxşı işləməsini təmin edir.
Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: