Mütəxəssislər elm dünyasında hadisə yaradan bir krem hazırladı.
İnsan bədəninə birbaşa olaraq əks olunan günəş şüalarının zərərləri məlumdur. Araşdırmaçılar günəşin zərərli şüalarını, insan bədənində yeniləməyə, canlanmağa və toxumalarda yaxşılaşmağa gətirib çıxaracaq formada dəyişdirə bilən bir krem hazırladı.
Maddələrin işıqla qarşılıqlı təsiri mövzusunda uzun illərdir araşdırma aparan alimlər, 3 il əvvəl başlatdıqları araşdırmanı sona çatdırmağı bacardılar.
Günəş şüalarını absorbasiya edən və ya əks etdirən bir günəş kremini hazırlayan mütəxəssislər, mövcud kremlərin dəri tərəfindən sovrulduğunu və bədənə zərər verdiyini ifadə etdi.
Araşdırmaçıların krem haqqında belə şərhlər verdilər: "Digər kremlərdə də bir nəmləndirici, konsistensiya verən, antioksidantlar kimi faktor maddələr var. Prototipimiz digər kremlərlə bənzərdir. Günəş şüalarını filtredici faktor maddə, günəş qoruyucusu olaraq indiyə qədər heç istifadə edilməmiş bir texnologiyadır. Biz bunu günəş qoruyucu olaraq istifadə edilməsi yanaşmasını ilk dəfə düşünərək, formulasiya içində uyğun dənəcik ölçüsünə gətirdik. Faktor maddəmiz zərərli, ultrabənövşəyi bölgəni qətiliklə çox gözəl absorbasiya edir. Dəriyə faydalı olan şüanı son dərəcə spesifik dalğa boyu aralığında bizə anında çevirə bilir. Bu dalğa ölçüsündəki şüaların dəri içindəki toxumaları yaxşılaşdırdığı, dəridə yenilənmə, canlanma təsiri var".