Avropa ölkələrindən birində yaşayan Endryu və Qabriela Morrison cütlüyü maraqlı addım atıb.
Senisevirem.az xarici mətbuata istinadən xəbər verir ki, şəxsi evlərinin olmasını arzu edən sevgililər bunun mümkün olmadığını gördükdə özləri üçün kiçik ev tikməyi qərara alıblar.
Morrisonlar böyük evin inşası və ya alınması üçün iri həcmdə bank kreditinin lazım gəldiyini nəzərə alaraq kiçik ev tikməyi planlaşdırıblar. Yeni mənzilin avadanlıqlarını hissə-hissə alan cütlük 20 kvadratmetrlik kiçik funksional evi birlikdə inşa ediblər.
Evin daxili gözəlliyi, qeyri-adi dizaynı hər kəsin diqqətini cəlb edib. Morrison cütlüyü bu tikilini “xəyal evi” adlandırıblar. Onlar bildiriblər ki, mənzilin bu cür adlandırılması xəyalındakı evin reallaşdırılması ilə əlaqədardır.
Kiçik həcmli mənzildə yaşayan cütlük evin balaca olmasından əsla narahatlıq keçirmədiklərini, əksinə, özlərini çox xoşbəxt hiss etdiklərini söyləyiblər.
Digər maraqlı cəhət bundan ibarətdir ki, Endryu və Qabriela kiçik evin inşası üçün hər hansı ustanın əməyindən istifadə etməyiblər.