Bir ilan dolanır,sağım solumda
Kölgə tək iz salır,həran yolumda
Yaşadım gördümki axır sonuna
Nadan kam almağı,çətinmiş çətin..
Gülərüz gözlərdə hiylə var imiş
Şeytan yaxınımda hey gizlənirmiş,
Doğurdan bu dünya yaman qəlizmiş,
Bəzən yaşamağı çətinmiş çətin ..
Dedilər sınaqdı bəşəryət bala
Beş günlük cahanda söylə kim qala,
Aləmi yaradan Bir ALLAHTala
Axirət sınağı çətinmiş çətin ..
Məhəbbət yolunun eniş yoxuşu
Eşq nədi qanmayır vallah çoxusu
Özündən şirindir yarın yuxusu
Aşkarda qınağı çətinmiş çətin ...
Əgər bu dünyaya gəlsəm yenidən
Qaçardım indiki qismətlərimdən
Seymuram çox sözlər kecir könüldən
Ancaq yazılmağı çətinmiş çətin ...