"İflic olduğumu fikirləşib, intihar haqda düşünürdüm"
Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişinin "İnanmayacaqsınız" rubrikasının qonağı olub.
xalq artisti keçirdiyi silsilə cərrahiyə əməliyyatlardan danışıb: "Həmişə dəyişmək, tamaşaçılar üçün baxımlı görünməyə görə əməliyyatlar etdirmişəm. Amma demək olmaz ki, bədənim kəsiklərlə doludur. Dəfələrlə sinəmi əməliyyat etdirmişəm, gah böyüdüb, gah kiçiltmişəm. İlk sinə əməliyyatım Moskvada olub, çox uğursuz alınmışdı. Hollivud layihəsindən öncə də ağır, silsilə əməliyyatlar keçirdim. Moskvadakı həkimim razı olmasa da, Bakıda məni əməliyyat etməyə razı oldular. Mənə səhv iynə vuruldu. Əməliyyat keçirdim, daha sonra çənəmi və dodaqlarımı hiss etmirdim. Həkim isə yanlış iynə vurduğunu boynuna almadı. Elə bilirdim ki, iflic oluram. İntihar haqda da düşünürdüm. Sonra başqa həkimə müraciət etdim və sağlamlığıma qovuşdum".
Müğənni Hollivud ulduzu Snoop Dogg ilə həyata keçirdiyi layihəsi üçün prezidentin ona verdiyi evi satdığını da etiraf edib: "Türkiyədə məni aldatdılar. Hollivud layihəsi üçün məndən 300 min manat istədilər. Evimi banka qoyub, 250 min manat götürdüm. Layihəyə dediklərindən çox pul xərclədim, amma yenə də pula ehtiyac vardı. Ölkə rəhbərliyi sənətimə qiymət verib mənə ev bağışlamışdı, onu satdım. Layihəni bitirdim. Məni tələyə saldılar. Sənətim sayəsində bütün qazancımı Hollivud layihəsinə qoydum. Çox peşmanam ki, o layihəyə evimi qurban verdim. Hər zaman xəyal qururdum ki, dostlarım evimə gələcək və o evin prezidentin hədiyyəsi olduğunu biləcəklər. İndi yaşadığım ev də o layihənin qurbanıdır. Hələ də banka ödəniş edirəm. "Səni belə sevmədilər" klipinin çəkilişi üçün maşınımı satdım".