..Yağış.. Pəncərəmin gördüyü ən gözəl mənzərə.. Qulağımın eşitdiyi ən sakit və həzin səs..
Gördüyümdə heç dayanmasını istəmədiyim mənzərə..
İncə sularınla yuyarsan hər yeri.. Bəlkə kiminsə qəmini apararsan, kiminsə sevincini..
Bəlkə də kimisə sadəcə öz narın yağan damcılarınla isladarsan..
Pəncərəmdə görsəm əlimi uzadaram sənə.. Bəlkə yağan damcıları arasında bir payım vardır deyə..
Damcılarını yağdırarkən kimisə islanır.. Lakin səni ürəyində hiss edənlərdə var.
Onu yadıma salırsan çünki.. onu gətirirsən sanki Mənə. Yağmağını gözləyən biriləri də var.
Kədər yox, sevinc gətirirsən Mənə.. O qədər sevincli ki, hətta yazılara sığmır bu cümlələr..
Sən yağarkən günəş olmur.. Amma yağdığında `Günəş`imidə verirsən Mənə..
Göyü ulduzlar parladırsa, yeri də sən parladırsan.. Öz nazlı damcılarınla..
Sən tək səni sevən insanları yox, sənə ehtiyacı olan təbiətidə sevindirirsən öz yağınla..
Nə gözəldi axşam yağışın səsiylə yuxuya getmək.. Və onun iyiylə yuxudan oyanmaq..